“Necə yəni, uşaq üçün dövlətdən pul istəyəcəksən?! ” - Deputat

"Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir"

“Seçkiqabağı keçirdiyim görüşlərin heç birində Qəbələdən olan seçicilərim məşğulluqla bağlı məsələ qaldırmadı. Onların hamısı uşaqpulu istəyirdi. Bu nə məntiqdir? Bir adam mənə demədi ki, iş ver. Hamısı deyirdi, mənə uşaqpulu ver”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin bu gün keçirilən iclasında deputat Aqiyə Naxçıvanlı deyib.

O bildirib ki, hər şeyi dövlətin üzərinə atmaq olmaz: “Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?! Ailə planlaşdırması olmalıdır. Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”.

635x100

Şərhlər

Qaraya 2020-10-02 11:37:57

Belələrinin qohum-əqrabası döyüşə getməsə yaxşıdır. Belələri döyüşən igidlərimizə ləkədir! Allahın köməkliyi ilə dövlətimiz, xalqımız və millətimiz bir yumruq kimi birləşib erməninin kökünü kəsəndən sonra belələri öz-özünə yox olub gedəcəkdir..

Aydına cavab 2020-10-02 11:30:33

Hörmətli Aydın! Hər kəs ona aid olanı qoruyur! Kimisi vətənini, kimisi də var-dövlətini. Sizin və bizim vətəndən başqa qorumalı nəyimiz var ki? Qoy Allah bizə həmişə vətənimizi qorumağı nəsib eləsin! Allah var-dövlət qorumağı heç vaxt bizə qismət eləməsin! Amin!!!

Qara 2020-10-02 08:25:31

Ehtiyac yoxdu

Qara 2020-10-02 08:23:37

Deyesen yeri sehf duwub bunun, olub yere girmirsen!? Getsinda qohum eqreben doyuwe...

Məkan 2020-10-02 07:13:42

Çox təəssüf edirəm.Uşaq vətəndaşdır və onun böyüməsi üçün dövlət borcludur ki onu təmin etsin.Bu xanım deputat kimi düşünür çünki millət vəkilideyil.

Məkan 2020-10-02 07:13:42

Çox təəssüf edirəm.Uşaq vətəndaşdır və onun böyüməsi üçün dövlət borcludur ki onu təmin etsin.Bu xanım deputat kimi düşünür çünki millət vəkilideyil.

Seyçur 2020-10-01 23:32:50

Yəqin bu da Mehdiyevin kadrıdır... yoxs belə düşünməzdi

NIYAZI 2020-10-01 20:54:06

BELE INSANLARI NECE DEPUDAT SECIRLER AXI USAQ PULU BUTUN DUNUYADA VERILIR

Mexvi 2020-10-01 19:57:05

Aqiyyyyyye xanim bu gün o hemin kasıbların övladlarıdır cəbhədə düşmənlə vuruşan...

Faiq 2020-10-01 19:51:26

Bu qadin nə danisir? Dovlet oz gelecek vetendasina mutleq usaq pulu ayirmalidi.

Beyləqanlı 2020-10-01 18:28:20

Ə vallah nə danışdığın bilmir...

Nigar 2020-10-01 16:53:46

Bu məntiqlə aqiyə özü 15-20 uşaq doğmalıydı. Amma məncə o sonsuzdur ki, belə düşünür.

Rüfət 2020-10-01 15:57:43

Bu deputatın heç xalqın sosial durumundan xəbəri yoxdur. Sən deputat oldun. Deyə bilərsənmi funksional fəzifən nədən ibarətdir? Ya boş boş nəticəsiz formal görüşdən? Cəbhəyə deputat oğlanlarından göndərilməyə MM-də təklif irəli sürə bilərsənmi? Ya elə uşaqpulu istəyən xalqa lağ etmək olmaz. İnanıram ki torpaqlarımız işğaldan azad olunandan sonra bu məsələ müsbət nəticəsini tapacaü

Aydın 2020-10-01 15:53:13

Bu gün zulumnen boya başa çatan kasıbın balsidi axı cəbhədə ebhede sehid olan.Dovletin onların necə böyüdüyündən xeberi yoxdur.O kasıbın balası orda sinəsini qabağa verib döyüşmür ki,sənin kimisi milli məclisin rahat kreslosunda yatıb bu cur ağzına gələni danişasan.

t.ədalət 2020-10-01 15:49:51

Mən çox fikirləşdim.Bu Aqiyənin qan bağıının yoxlanılması vacibdir.

Mövsümov 2020-10-01 14:55:57

Deputat Aqiyə xanım oturub hər kv.metri 4 min manat olan200 kv.metrlik Renessans Palasdakı evində. Bütün qadınları özü və qohumları kimi zəngin hesab edir. Toxun ac anadan nə xəbəri.

Səlimə cavab 2020-10-01 14:49:40

Bu xanım deputatın qohumları çox yüksək mənsəb sahibidirlər. Çox zəngindirlər. Bir qaynı oğlu prezidentin köməkçisidir. O biri qaynı oğlu da Renesans Palas və digər bahalı yüksək mərtəbəlilərin sahibi, bir sözlə tikinti maqnatıdır.

Vətəndaşa cavab 2020-10-01 14:42:18

Əziz vətəndaş! Səninlə birgə biz hamımız Prezitentimizin ətrafındayıq və ALLAHIN köməkliyi ilə erməniləri məğlub edəcəyik.! Qoy Böyük Yaradan içimizdəki belələrindən bizi qorusun!!

Doğru 2020-10-01 14:25:41

Heç utanırsız dediyinizdən? Dövlətin büdcəsi sizin maaşınızfan formalaşmır ki. Zeynəb getdi siz peyda olduz . ..sizin kimilər xalqı dövlətə qarşı qoyur

Bahadur. 2020-10-01 13:35:23

Ay....,dövlət gələcəyini təmin edir.insanların normal,təhsilli,sağlam böyüməsinə maraqlı olmalıdır.xı hamı sənin kimi 5-6 min havayı maaş almır.Belə düşüncəsiz deputatcıqlarla ölkə hara gedir?

Zərifəı 2020-10-01 13:32:30

Belə deputat plkəyə xəcalətdir.Bu adamın dünyadan xəbəri yoxdur.Belələrini nə ağılla deputat yazıblar? Ölkənin sabahı,gələcəyi uşaqlardır və bütün ölkələr buna təşviq verir.Belə ....ı sayta buraxmaq belə cinayətdir.nəinki Parlamentə yazmaq.j

Barkast 2020-10-01 13:25:00

sabahda deyəcəksiniz ki, ordu üçün şəxsi heyət çatışmır. Nə qədər ki, bu məntiqdə vəkillərimiz varsa, o qədər də Preziidentin çiyinlərinə füşən yük artır.

Səlim 2020-10-01 13:24:52

Xahiş edirəm səlahiyyətli orqanlardan bu deputat xanımın qohumlarını araşdırsın.Oğlu,qardaşı oğlu,bacı oğlanlarından necə nəfər hal-hazırda hərbi xidmətdədir?

Saqqallı uşaq 2020-10-01 13:12:09

"“Necə yəni, sən sağlam şəkildə uşaq dünyaya gətirəcəksən, amma onun üçün dövlətdən pul istəyəcəksən?!" Tamamilə doğrudur!! Mən bu deputatın seçicilərindən xahiş edirəm ki, dünyaya uşaq gətirməkdən imtina etsinlər. təklif edirəm ki,

zavallı millət 2020-10-01 13:09:20

Sənin geyindiyin bir paltarın puluna analar 2-3 uşağını bir aya yedizdirir və geyindirir. Siz bunları biloməzsiniz, deputat xanım. Axı, siz deputat təyinatından əvvəl keçirdiyiniz görüşlərdə heç də belə danışmırdınız axı. "Seçicilərinizə" uşaq pulu da söz vermişdiniz. İndi nə oldu?.

Mərhəmət 2020-10-01 13:04:20

Hamı sənin kimi illərlə rektor işləməyib. Sən hardan biləsən kasıb analar nə zillətlə uşaq böyüdürlər. Dövlətdən uşaq pulu almaq onların haqqıdır. Xalqən sərvəti olan neftin pulundan istəyirlər. Səndən istəmirlər.. Həmişə yağ-bal içində yaşamısanş Övladalarını da dayələr böyüdüblər.

Aborigen 2020-10-01 13:02:15

"Kim neçə uşağa baxa bilirsə, o qədər uşaq da dünyaya gətirməlidir”. Bu hesabla sənin uşaqlarının sayı-hesabı olmamalıdır. Mən heç cürə başa düşə bilmirəm, bunlar əhalinin sayının artmasından niyə bi qədər narahat olurlar?

Vətəndaş 2020-10-01 12:58:25

Belə bir məqamda bu deputatın belə söhbətlər etməsi düzgün deyil.İndi hamımız ali baş komandanın ətrafında sıx birləşərək ordumuza dəstək olmalıyıq

t.ədalət 2020-10-01 12:51:19

Deyəsən,Aqiyə Nasxçıvani ermənicə düqşünür.Bu gün bizə uşaq lazımdır!İtirdikləriomizin yerin tutmağa,gələcəıkdə də ordumuzun komplektləşdirilməsinə,bəli,uşaq lazımdır.Xarici ölkələrdə,bizə düşmən olan ölkələrdə təmirə pul tapılır,erməni ilə döyüşən gələcək əsgərlərin yetişməsinə pul tapılmır?

Sovqiyye 2020-10-01 12:32:18

Beş o necə olur ki siz yetirmələriniz müharibə olanda qaçıb gizlənirlər menim 1ce oğlum var onuda götürüb aparıblar mənlə birge uşaq boyutmusduler beyem zülüm ziletle uşaq boyutmusdum yazdı vaxtımda evimde yegane işçi qüvvəsi idi heç bir xeyir işində gormemisem

Son yazılar