Menu

"ACP-dən istefa verdiyim barədə məlumat yalandır" - Vaqif Mahmudov

01.11.2013, 18:33
"ACP-dən istefa verdiyim barədə məlumat yalandır" - Vaqif Mahmudov

Açıq Cəmiyyət Partiyası (ACP) sədrinin siyasi məsələlər üzrə müavini Vaqif Mahmudovun istefa verdiyi haqda məlumat yayılıb. Modern.az-ın məlumatına görə, ACP-nin lideri Rəsul Quliyev partiyadan ayrıldıqdan sonra V. Mahmudov da istefa qərarı qəbul edib. "Məlumatda hazırda onun Bakıda deyil, Naxçıvanda yaşadığı bildirilir. O, yaxın silahdaşlarına deyib ki, bundan sonra siyasətə qoşulmaq fikri yoxdur."

Lakin V.Mahmudov bu məlumatı təkzib edib. ACP sədrinin müavini şəxsi işləri ilə bağlı Naxçıvanda olduğunu deyib: "Partiyadan istefa verdiyim barədə məlumat həqiqəti əks elətdirmir", deyə V.Mahmudov AzPolitika.info-nun əməkdaşına bildirib.

Xatırladaq ki, Vaqif Mahmudov 2009-2012-ci illərdə ACP-nin sədri olub. Sülhəddin Əkbər partiyaya sədr gətirildikdən sonra o, sədrin siyasi məsələlər üzrə müavini təyin edilib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol