Menu

Daha bir ana və körpə ölümü

09.10.2014, 17:04
Daha bir ana və körpə ölümü

Azərbaycanda daha bir ana və uşaq ölümü baş verib

ANS-in məlumatına görə, hadisə bu gün günortadan sonra Xaçmaz rayon xəstəxanasının doğum şöbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Arzu Rəhim qızı İsmayılıva və onun körpəsi doğuş zamanı ölüb.

Hazırda dünyasını dəyişən ananın qohumları xəstəxanadadır. Onlar həkimləri məsuliyyətsizlikdə ittiham edirlər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol