Menu

ABŞ prezidenti və xanımı koronavirusa yoluxub!

02.10.2020, 09:08
ABŞ prezidenti və xanımı koronavirusa yoluxub!

ABŞ prezidenti Donald Trampın məsləhətçisi Xoup Xiksdə koronavirusun aşkarlanmasından sonra verdiyi COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Bu barədə dünya KİV-ləri elə Trampın özünə istinadla məlumat yayıblar.

ABŞ prezidenti onun və Birinci ledi Melaniya Trampın koronavirus testinin pozitiv çıxdığını tvitter üzərindən açıqlayıb. 

Prezidentdə, yaxud birinci ledidə hansısa simptomların olması bəlli deyil. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, tipik halda insan yoluxandan beş gün sonra onda simptomlar yaranır, ancaq simptomlar iki, yaxud 14 günə də üzə çıxa bilər.

Prezidentin seçki kampaniyasını dayandırıb-dayandırmayacağı bəlli deyil. 74 yaşlı Trampın virusu daha ağır keçirməsi riski var. O, dolu bədənlidir, bu da virusun riskini gücləndirir.

Prezidentin müşaviri Hiksin testinin nəticəsi haqda birinci “Bloomberg” yazıb, onun Minnesotada xəstələndiyi, geri dönərkən prezident təyyarəsində karantinə alındığı bildirilib. Trampın yoluxması onun yaxın ətrafında digərlərinin də virusa yoluxma və karantinə alınma ehtimalını artırır. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol