Menu

İddiaçı Xədicə İsmayılovanın təqsiri ilə bağlı sübut təqdim etmədi - Video

09.10.2014, 18:35
İddiaçı Xədicə İsmayılovanın təqsiri ilə bağlı sübut təqdim etmədi - Video

Xədicə İsmayıl məhkəmənin suallarını cavablamaqdan imtina edib.

Bu haqda qapalı keçirilən məhkəmədən sonra AzadlıqRadiosuna jurnalistin özü məlumat verib. X.İsmayıl yalnız bir halda sualları cavablayacaq: Məhkəmə ona bu işə aidiyyəti olması barədə sübut təqdim edərsə:

«Mənim, ümumiyyətlə, bu işə aidiyyətim yoxdur. İşə əlavə olunan və «sənəd» kimi təqdim olunan məlumatları mən yaymamışam. Həmin məlumatlardan biri Şəkidə zorlama halı ilə bağlıdır. Bu məlumatı mən, ümumiyyətlə, heç vaxt yaymamışam. Məhkəmə işində adlar olduğu kimi əlavə olunub. Mənim yaydığım məlumatda isə adlar və şəxsi məlumatlar silinib. Ona görə də mən məhkəmədən bu işə aidiyyətim olması barədə sübut təqdim etməsini istədim».

Elman Türkoğlu məhkəməyə bildirib ki, o, agent olmaması ilə bağlı arayış verməsi üçün MTN-ə müraciət edib. MTN də ona məhkəməyə müraciət etməyi məsləhət görüb, o da məhkəməyə müraciət edib.

Məhkəmə oktyabrın 10 saat 5-də davam edəcək.

* * * 

Jurnalistlərin çəkiliş aparılmasına icazə verilməyib

Oktyabrın 9-da Binəqədi rayon məhkəməsində Sədrəddin Hacıyev sədrliyi ilə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) keçmiş üzvü, Elman Həsənovun (Türkoğlu) araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayır.

Amerikanın Səsinin müxbirinin verdiyi məlumata görə proses qapalı keçirilir.

Prosesdə iddiaçı, cavabdeh olan şəxs və vəkil iştirak edir.

Məhkəmə nəzarətçisi prosesə qatılmaq istəyən fəal vətəndaş cəmiyyətinin nümayəndələrinə və jurnalistlərə bildirib ki, prosesin gedişatına mane olurlar.

Bununla belə jurnalistlərin çəkiliş aparılmasına icazə verilməyib.

Milli Şuranın sədri Cəmil Həsənli prosesin qapalı keçirilməsinə narazılığını bildirib.

"Cəmiyyət bundan xəbərdar olmalıdır. Sənədlə bağlı həqiqətlər ortaya çıxmalıdır.”deyə o bildirib.

Öz növbəsində Xədicə İsmayılova proses başlamazdan əvvəl Amerikanın Səsinə verdiyi müsahibəsində bu iddia ərizəsini böhtan və provakasiya adlandırıb.

Elman Türkoğlu mediaya verdiyi müsahibələrində qeyd edib ki, Xədicə İsmayılova «facebook»da yaydığı bir sənədlə onun şərəf və ləyaqətini təhqir edib, ona böhtan atıb.

Buna görə də Həsənov onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Elman Türkoğlu deyib ki, həmin sənəd 2014-cü ilin fevralında yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol