"Qafqaz İnstitutu"-nun direktoru, politoloq Aleksandr İskəndəryan Azərbaycanla Ermənistan arasında davam edən hərbi qarşıdurmanı şərh edərkən bildirib ki, Azərbaycan hücum üçün ideal vaxt seçib.
Erməni politoloq deyib: "Birləşmiş Ştatların başı qarşıdan gələn prezident seçkisinə, Avropanın başı isə Breksitə və pandemiyaya qarışıb".
Politoloq bildirir ki, beynəlxalq qurumlar bəyanatlar şəklində siyasi alətlərdən istifadə edəcəklər, bu isə indiki vəziyyətdə tamamilə faydasızdır. Onun fikrincə, münaqişə səngər müharibəsi fazasına girməsə, danışıqları bərpa etmək mümkün olmayacaq.
İskəndəryan düşünür ki, bununla belə danışıqları əvvəlki konfiqurasiyada aparmaq artıq qeyri-mümkündür. Politoloq deyib ki, ATƏT-in Minsk Qrupunun bu döyüşlərdə salamat qalıb-qalmayacağından asılı olmayaq, indi sülh prosesinin perspektivi daha uzaqdır: “Amma bu o demək deyildir ki, münaqişənin dinc yolla həlli istisna edilməlidir. Heç bir münaqişə əbədi davam etmir. Lakin biz artıq bir yox, iki müharibənin yükünü daşıyacaq yeni sülh gündəliyi yaratmalı olacağıq”.
"AzPolitika.info"


Şərhlər