Menu

“Təkcə bu gün Tərtərə 2 mindən çox mərmi düşüb" - "Azərbaycan silahlı qüvvələri adekvat cavab tədbirləri görəcək”

02.10.2020, 19:08
“Təkcə bu gün Tərtərə 2 mindən çox mərmi düşüb" - "Azərbaycan silahlı qüvvələri adekvat cavab tədbirləri görəcək”

“Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir”.

APA-nın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, təkcə bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb: “Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”.

Şərhlər

Seyid Ənhu 2020-10-02 22:03:21

ERMƏNİSTANIN DİNC ƏHALİNİ GÜLLƏ-BARAN ETMƏSİ İLƏ BAĞLI ÜZVÜ OLDUĞU KTMT-yə RƏSMİ BİLDİŞİRLƏ MÜRACİƏT EDİLMƏLİDİR.

Xalq 2020-10-02 20:11:12

Haradadır makron və putin? niyə demirlər ki, erməniyə adam ol mülki əhalini atma?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol