Menu

Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

02.10.2020, 23:37
Türkiyədə küçələrin birinə general Polad Həşimovun adı veriləcək

Türkiyənin Elazıg vilayətinin Keban şəhərində yerləşən küçələrdən birinə Azərbaycan Ordusunun şəhid generalı Polad Həşimovun adı veriləcək.

“Haberturk” yazır ki, bu barədə qərar Keban şəhərinin bələdiyyə sədri Fəthiyə Atlının başçılığı ilə keçirilən toplantıda qəbul olunub.

“Axıtdıqları qan və fəda etdikləri canları ilə torpağı vətən edən şəhidlərimizi və bütün qəhrəmanlarımızı hörmət və minnətdarlıqla yad edirik. Yerləri cənnət olsun”, - deyə bələdiyyənin təsdiq etdiyi sənəddə qeyd olunub.

Şərhlər

Xalq 2020-10-03 00:50:54

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol