Menu

Kanadada rekord sayda yoluxma qeydə alındı

03.10.2020, 08:37
Kanadada rekord sayda yoluxma qeydə alındı

Kanadada bir gündə yeni koronavirus infeksiyasına yoluxma rekord həddə çatıb.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Belə ki, ölkədə bir sutka ərzində 2 124nəfərdə koronavirus aşkarlanıb.

Virusa yoluxanların ümumi sayı 162 659 nəfərdir. Ən çox yoluxma halı Kvebek və Ontario əyalətlərində qeydə alınıb.

Pandemiya nəticəsində ümumilikdə 9 409 pasiyent həyatını itirib. Müalicə olunan 137,6 min nəfər isə sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol