Ermənistan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatına görə, İsrailin Bakıya silah satması səbəbilə, Yerevan özünün Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırır.
Kəşfiyyatdakı rəsmi şəxslərin və digər mənbələrin məlumatına görə, İsrail son illər Dağlıq Qarabağ zonasındakı ən qızğın döyüşlər fonunda Azərbaycana silah göndərir. Bu barədə sentyabrın 30-da «Əl-Ərəbiyə» telekanalının saytında dərc olunmuş materialda söhbət açılır.
Hərbi əməliyyatlar qızışdıqca, daha çox ölkələr bu və ya digər formada Cənubi Qafazdakı silahlı münaqişəyə cəlb olunur. Ermənistanın bu yaxınlarda sözügedən ölkədə səfirlik açmasına baxmayaraq, İsrail Azərbaycana silah satan əsas ölkələrdən biridir. İsrail və Azərbaycan arasında böyük neft və silah ticarəti aparılır.
Bundan əvvəl, ABŞ kəşfiyyatındakı mənbə «Əl-Ərəbiyə» kanalına xəbər verib ki, İsrail Azərbaycana silah dolu təyyarələr göndərir: «İsrail Azərbaycana silah göndərir. Artıq İsraildən göndərilən iki yük reysi Bakıya eniş edib».
Bu arada, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Amerikanın «Axios» portalına bildirib ki, Bakı və İsrailin hərbi sahədəki əməkdaşlığı heç kimə sirr deyil.
Bir atalar məsəlində deyildiyi kimi, «dost dar gündə sınanar». Yaşasın İsrail-Azərbaycan dostluğu!
AzPolitika.info


Şərhlər
halal olsun İsrailə!
25 min ailənin guya özbaşına demokrat müxtariyyat şüarı ilə motorlu hərbi alayı ələ keçirib bir neçə günə on minlərlə dinc azərbaycanlını məhv edəsən, öz evlərindən qovasan və 30 il də hərbi əsarətdə saxlayasan? Bu hansa ədalət hüququna, dini halallığa sığar?