ZAMAN BİZİM XEYRİMİZƏ İŞLƏYİR! – Ermənistan dövlətinin mövcudluğu təhlükə altına düşür!

Dağlıq Qarabağda gedən gərgin döyüşlər beynəlxalq siyasi arenanın gündəmində xüsusi yer tutmağa başlayıb. Ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələri görən və onun cəbhə xətti boyunca irəliləməsini həzm etməyən ölkələr atəşin dərhal dayandırılmasını və sülh danışıqlarına başlanmasını istəyirlər. BMT Təhlükəsizlik Şurasının bütün üzvləri Dağlıq Qarabağdakı döyüşlərin dərhal dayandırlması barəsində razılığa gəliblər. Əsl həqiqətdə isə indiki vəziyyətdə bəzi dövlətlərin sülhdən danışmaqda məqsədi Ermənistanı aqoniyanın pəncəsindən qurtarmaqdır.

Bir dövlət kimi Ermənistanın vücudu və məzmunu yalnız və yalnız onun yerləşdiyi Qafqazın geostrateji mövqeyi ilə ölçülməlidir. Yoxsa, “Ermənistan respublikası” adlı subyekt öz-özlüyündə heç bir məna daşımır. Problem ondadır ki, artıq bir neçə yüz ildir ki, belə bir lüzumsuz məxluq regionda təxribat yuvası kimi fəaliyyət göstərir. Çünki Ermənistan böyük dövlətlərin əlində alət və öz rəqiblərinə qarşı qəşəng istifadə materialıdır. Bizim də içində olduğumuz Cənubi Qafqazın yaxın iki yüz illik tarixində üç dövlət - Rusiya, Türkiyə və İran əhəmiyyətli rol oynayıb. Üç Qafqaz respublikası müstəqilliyə qovuşandan sonra dünya ölkələriylə onlar arasında siyasi-iqtisadi əlaqələr yarandı və böyük güclərin bu bölgəyə təsir planları işə düşdü. Yerləşdiyimiz məkana təsir göstərmək istəyən dövlətlərin geostrateji maraqlarına və onların perspektiv planlarına nəzər yetirək. Məsələyə Azərbaycan və Ermənistan kontekstindən yanaşsaq, onda Türkiyə, Rusiya və İrandan sonra ən çox aktivlik göstərənlərin başında ABŞ və Fransanın dayandığının şahidi olarıq. Gəlin onların hər birini ayrı-ayrılıqda gözdən keçirək.

- Rusiya

Şimal qonşumuz Rusiyanın tarixi keçmişinə diqqət etsək, görərik ki, o, Böyük Britaniya, Fransa və İspaniya imperiyalarına bənzəməyib. Rusiya imperiyası yalnız öz ətraf ərazilərini işğal etməklə böyüyüb. Məlumdur ki, Zaqafaqaziya 19-cu əsrin əvvəllərindən Rusiya imperiyasının, 1922-ci ildən 1991-cı ilədək isə Sovet İttifaqının tərkibində olub. SSRİ dağılandan sonra Rusiya iqtisadi cəhətdən olduqca bərbad hala düşmüşdü. Bunu digər sovet respublikalarına da şamil etmək lazımdır. Qısası, keçid dövrü idi, vəziyyət mürəkkəbdi və hamı gələcəyə ümidsiz baxırdı. Respublikaları bir-birinə bağlayan ümumi iqtisadi-təsərrüfat sistemi çökmüşdü. Ancaq hər halda Rusiyanın bir dövlət kimi potensialı ona imkan verdi ki, yerdə qalan digər respublikaları öz orbitində saxlasın. Rusiya bütün sovet dövlətlərinə xüsusi bufer zona kimi yanaşır.

Rusiya SSRİ parçalanandan sonra ətrafındakıları özünə pərçimləmə mexanizmini işə saldı və bu siyasəti indiyədək davam etdirir. Rusiyanın metodu milli münaqişə ocaqları yaratmaqla dövlətləri və ya tərəfləri bir-birinə qarşı qoymaq, sonra isə prosesi nəzarət altında saxlamaqdan ibarətdir. Digər variant isə iqtisadi vasitələrdən istifadə yollarıdır.

Qısaca da olsa, Rusiyanın post-sovet məkanında həyata keçirdiyi metodlarla tanış olaq. Rusiya Qarabağ münaqişəsiylə Azərbaycan və Ermənistana, Abxaziya və Cənubi Osetiyanı işğal etməklə Gürcüstana, Dnestryanı bölgəni ələ keçirməklə Moldovaya, Krım yarımadasını, Dondası tutmaqla Ukraynaya qarşı təzyiq göstərir. Bildiyimiz kimi, Qazaxıstanın şimalında çoxsaylı etnik rus yaşayır. 2014-cü ildə Vladimir Putin Qazaxstanın dövlət tarixinin yalnız Nazarbayevlə bağlı olduğu fikrini səsləndirəndə hamı separatçılığın orada da baş qaldıracağını gözləyirdi. Həmin təhlükə Qazaxıstan üçün ötüşməyib. Özbəkistan, Tacıkistan və Qırğızıstan isə iqtisadi cəhətdən Rusiya ilə sıx bağlıdır. Bu ölkələrin vətəndaşları Rusiyada müxtəlif sahələrdə işləyirlər və onların qazancları öz ölkələrindəki istehlak imkanlarını xeyli artırır.

Zəif iqtisadiyyata malik Ermənistan Rusiyanın vassalıdır. Lakin hərdən elə olur ki, özünün maşa olmaq kimliyini unudan ermənilər ruslara qarşı da şıllaq atırlar (Ermənilərin bu cür hərəkətləri onların etno-psixoloji xüsusiyyətlərindən irəli gəlir).

Hərbi cəhətdən Rusiyadan asılı olan Ermənistan Azərbaycanla özbaşına uzunmüddətli müharibə aparmaq ixtiyarından uzaqdır. Ermənistandan fərqli olaraq bizim Rusiyayla maliyyə bağlantımız yoxdur. Hərbi sferada Rusiyadan asılılığımızı inkar edə bilmərik, amma son illərdə bu məsələdə də çox ciddi diversifikasiya aparılıb. Belə ki, hazırda cəbhədəki üstünlüyümüzdə xüsusi rol oynayan PUA-lar və bəzi artilleriya qurğuları Rusiya istehsalı deyil.

Sözsüz ki, Rusiya post-sovet dövlətlərini öz orbitindən kənara buraxmamaq üçün 1990-cı illərdə qurduğu mexanizmdən əl götürməyib, sadəcə onu dövrün şərtlərinə uyğun formada yeniləyib.

- Türkiyə

Tarixən erməniləri Türkiyəyə qarşı qızışdırıblar və ermənilərin özləri də bir xalq kimi başqa qüvvələrin oyununda təxribatçılıq etməyə məmnuniyyətlə razı olublar. Bütöv bir xalq niftət üzərində bəslədilərək, hanısısa “Böyük Ermənistan” xülyasının köləsinə çevrilib, sağalmaz ruhi xəstəyə dönüb. Maraqlıdır ki, cılız və distrofik Ermənistan 85 milyonluq Türkiyəyə qarşı torpaq iddiasındadır. Onlar genosidə uğradıqlarından dəm vururlar. Əslində obyektiv tarixi kontekstdən baxılsa, soyqırım ağ yalandır, əksinə, ermənilər özləri böyük barbarlıqlar törədiblər.

Türkiyə müttəfiq kimi bizim yanımızda olmaqla çox böyük geostrateji məsələni həll etmək niyyətindədir. Bəs, Türkiyə bu bölgəyə nə verə bilər? Təbii ki, Türkiyə böyük bir dövlət kimi öz maraqlarını güdməlidir və burada qeyri-adi heç nə yoxdur. Cənubi Qafqazda Türkiyənin görmək istədiyi siyasi vəziyyət bu regiona sözdə yox, əməldə sülh gətirəcək və qızışdırıcılıq, separatçılıq ortadan qalxacaq. Sonra isə böyük bir coğrafiyanı iqtisadi cəhətdən və həmçinin də təhlükəsizlik baxımından öz çətiri altına salacaq. Əlbəttə, hər bir dövlətin suveren haqları tam yerində qalacaq və ölkələr arasında iqtisadi, ticari, maliyyə inteqrasiyası və əmin-amanlıq yarana bilər.

Bəs indi Rusiya nə vəd edir? Xalqlar arasında ədavət və düşmənçilikdən başqa heç nə! Sovet İttifaqının yaxşı və ya pis, hər halda bir ideologiyası vardı və millətləri onun ətrafında birləşdirməyə çalışırdı.

- Fransa

Fransanın Ermənistanı birmənalı dəstəkləməsi onun dövlət siyasətinin doktrinasından irəli gəlir. İndi Fransa prezidenti Emmanuel Makronun bəyanatları bu doktrinal plana söykənir, onun yerində olan digər prezidentlər də eyni cür davranacaqdılar. Fransa siyasətini şəxslərin üzərindən izah etmək yanlışdır.

Bu gün Fransada təxminən 450-500 min erməni yaşayır. Ermənilər yaşadıqları istənilən ölkədə kompakt məhəllə şəkildə məskunlaşırlar. İcma baxımdan bunun özünəməxsus üstünlükləri var. Ermənilər böyük şəhərlərdə - Paris, Marsel və Lionda toplaşıblar. Məsələn, Lionda 100 min erməni yaşayır. Fransada erməni mənşəli siyasətçilər ölkə parlamentində daima yer tutublar. Hələ 1980-ci illərin əvvəlində Fransanın baş naziri olmuş Eduard Baladyur mənşəcə erməniydi. Dünyada “erməni genosidi”ni ən çox ortalığa atan ölkə Fransadır və Parisin mərkəzində genosid abidəsi də ucaldıblar. Digər yandan isə olmayan genosidlə bağlı fransız kinorejisorları tərəfindən bir neçə film də çəkilib.

Bəs nə üçün Avropada Ermənistana ən yaxın ölkə Fransadır? Bu, oradakı erməni lobbisinin gücüyləmi əlaqədardır? Ümumi stereotiplə yanaşılsa, bu, bəlkə də ən başlıca faktor kimi qəbul oluna bilər, lakin təbii ki, qətiyyən belə deyil. Siyasi proseslərin dərinliyinə gedəndə bəlli olar ki, əslində Fransanın bu cür mövqe tutmasının səbəbi lobbi deyil. Lobbi söhbəti fikir yayındırmaqdır. Fransa Avropada başlıca siyasi güc mərkəzi kimi çıxış etmək niyyətindədir. Geosiyasi baxımdan Türkiyə Fransanın Yaxın Şərqəki rəqibidir. Fransa bu coğrafiyada özünə zəif də olsa, hər hansı bir dayaq nöqtəsi axtarır. Ona görə də cılız Ermənistanı Türkiyəyə qarşı qoymağa çalışır. Burada çoxgedişli kombinasiyalar da işə düşür. Bir tərəfdən Fransa Ermənistanı özünə yaxınlaşdırmaq istəsə də, Rusiyanın mövcudluğunu da unutmur. Tarixən Fransa anqlo-saksonlardan fərqli olaraq Rusiya ilə daha yaxın mövqedə dayanıb. Bu, hələ SSRİ zamanı da görünürdü. Fransız siyasətçiləri Rusiyanın zəifləyəcəyi təqdirdə buradakı boşluğu doldura biləcəklərini zənn edirlər.

- Amerika Birlşmiş Ştatları

ABŞ-ın Yerevandakı səfirliyində təxminən 2500 əməkdaş çalışır. Səfirlik 9 hektarlıq ərazidə yerləşir. Bu, ABŞ-ın əməkdaş sayına görə dünyada ikinci ən böyük səfirliyidir. Maraqlıdır ki, Amerikanın Rusiyadakı səfirlik işçilərinin sayı 500 nəfərdən azdır. Əhalisi heç 3 milyon nəfər olmayan Ermənistan kimi cırtdan bir ölkədə bu qədər adamın varlğı nə anlama gəlir? Düşündürücü deyilmi? Erməni lobbisi dedikdə ağıllara ilk növbədə ABŞ diasporu gəlir. Rusiyadan sonra ikinci ən böyük erməni diasporu ABŞ-dadır. Bir çox mənbələr ABŞ-da bir milyon erməninin yaşadığını bildirsə də, amma ən yoxlanılmış məlumatlara görə orada yalnız 500 min erməni var. Onlar əsasən Kaliforniya ştatı (300 min nəfər), Masaçusets ştatı (35 min nəfər), Nyu-York ştatı (20 min nəfər) və Nyu-Cersi ştatında (20 min nəfər) məskunlaşıblar.

ABŞ-dakı erməni lobbisinin əsas təşkilatı “Amerikada Erməni Millli Komitəsi”-dir (Armenian National Comitte of Amerika-ANCA). Bu təşkilat Fransada, Böyük Britaniyada və Brüseldə də nümayəndəliklər açıb. ABŞ-ın Rod Aylend, Masaçusets, Luiziana, Men, Kaliforniya, Havayi, Miçiqan və Corciya ştatlarının qanunverci orqanları qondarma DQR-in tanınması üçün ABŞ prezidenti və konqresinə qətnaməylə müraciət ediblər. Bunlarla bərabər ABŞ konqresi müxtəlif illərdə qondarma DQR-ə milyonlarla dollar maddi yardımlar ayırıb.

Bilindiyi kimi, ABŞ-ın, nəinki Qafqazda, bütün Avrasiya materikində böyük maraqları var. Ancaq hələlik sanki ön plandan bir qədər geri çəkilmiş kimi görünürlər. Tramp administrasiyası hələlik izolyasiya siyasəti yürüdərək, enerjisini Amerikanın daxili işlərinə yönəldir. Əlbəttə, bu bizim üçün əlverişli imkanlar yaradır.

- İran 

İranın Ermənistana bəslədiyi xoş münasibətin kökündə Türkiyə ilə Azərbaycanın onunla qonşu olması durur. Yoxsa, Ermənistan İranın nəyinə lazımdır?

İran Ermənistanın Türkiyəyə bəslədiyi düşmən münasibətinin daha da qızışmasını arzulayır və istəyir ki, belə vəziyyət daima davam etsin. Məsələn, 2004-cü ildə İran prezidenti Məhəmməd Hatəmi Yerevandakı genosid memorial abidəsini ziyarət etməklə, siyasətlərinin əsl üzünü nümayiş etdirmişdi. Fransa kimi İran da düşünür ki, perspektivdə Rusiya zəifləyib regiondan çəkilmək məcburiyyətində qalsa, onun yerini tutsun.

Reallığı qəbul etmək lazımdır. İran bizi əhatə edən böyük regional gücdür. Həm də bizimlə 611 kilometrlik quru sərhəddi var. İran Azərbaycana təhlükəli mənbə kimi baxır və belə düşünür ki, tarixdə dövlətlərin sərhədləri və potensial gücləri həmişə dəyişkən olub. İranda çoxsaylı xalqlar yaşayır, monoetnik dövlət deyil, şimal ostanlarında azərbaycanlılar kompakt yaşayır. Ümumiyyətlə isə, İranda 25 milyondan çox azərbaycanlının olduğu faktdır. Milli məsələ insanların ən ekstremal duyğularına gözlənilmədən ən radikal şəkildə elə toxuna bilər ki, onun partlayışının qarşısını almaq qeyri-mümkün hal alar. Axı, digər tərəfdən isə, soruşarlar ki, bəs sizin şiə təəssübkeşliyiniz harda qaldı? Deməli, İran radikal addım atarsa, daxildə çox böyük fəsadlarla üzləşər. Əlbəttə, bunu rəsmi Tehran bilməmiş olmaz. Yoxsa İranın ermənilərə yardımı təkcə onlara silah yollamaqla bitməzdi, Suriyadakı fəaliyyətlərinə oxşar əməliyyatlara baş vurardılar. Ona görə də İran tam açıq şəkildə Ermənistanı dəstəkləməkdən həmişə yayınacaq və tərəfləri sülhə çağıracaq. İranın neytrallaşdırılması indiki durumda bizim üçün məqbul sayılmalıdır. Çünki Azərbaycanın başlıca məqsədi Ermənistanla təkbətək qalmaqdır.

- Belə getsə, Ermənistan adlı dövlət tarix səhnəsindən silinəcək...

Emənistan elə fikirləşməsin ki, düşdükləri çətin vəziyyətdən onları kimsə xilas edəcək. Əgər onlar özlərinin diaspor təşkilatlarına arxalanırlarsa, onda çox ciddi şəkildə yanılırlar. Çünki bu diasporun beynəlxalq siyasi sistemdəkı konkret təsir gücünü və Ermənistanın kimliyini onları bəsləyən və yetişdirən böyük qüvvələr müəyyənləşdirib. ABŞ-ın yürütdüyü qlobal siyasətə erməni lobbisinin təsir göstərməsi barəsində fikirlər səsləndirmək sayıqlamadır.

Ermənilər mövcud vəziyyəti özləri üçün fəlakət hesab edirlər və ona görə də döyüşlərdə guya Türkiyə ordusunun və hələ üstəlik Suriyadan gətirilmiş muzdlu dəstələrin vuruşduğu yalanlarını həyəcanla hayqırırlar. Artıq gecdir, 1990-cı illər çoxdan arxada qalıb. Tarixi dinamikanın yaratdığı obyektiv gerçəklik qarşısında heç bir mexanizm əbədi tab gətirə bilməz. Hazırda zaman bizim lehimizə işləyir. Son dövrlər Türkiyənin bütün sferalarda güclənməsi Rusiya faktorunu neytrallaşdırmağa imkan verib. Eyni zamanda başqa bir vacib faktor Azərbaycanın ordu quruculuğu istiqamətində həyata keçirdiyi təxirəsalınmaz tədbirlərdir.

Amma indi ermənilər də anlamalıdırlar ki, belə getsə nəinki dılğır və oyuncaq “DQR”, hətta Ermənistan adlı dövlətin özü tarix səhnəsindən silinəcək. (Daha yaxşı!)

Vaqif MAHMUDOV

635x100

Şərhlər

Eldənizə 2020-10-08 22:59:07

Lap olsun 50 milyon? DQMVdə 80 min erməni, 50 min azəri yaşayırdı, onların qarşısındada 147 minlik Ağdam! Münaqişə kimin təslimi ilə dayandı?

B.Qarabağlı 2020-10-06 22:36:32

Dünya nizamçısı BMT yeni DQMV toqquşması dərhal dayandırmağa çağırır! Amma, milyon dinc azərbaycanlını öz doğma mülklərindən qovmuş hərbi erməni terrorçularını TŞnin qətnaməsi üzrə 27 il sonra belə işğal ərazisindən qətiyyətlə geriyə çağırmır? İnsan hüquqlarına qarşı bu ədalətsiz qeyri-bərabər münasibətin səbəbi nədir, cənab Qutterreş?

B.Qarabağlı 2020-10-06 18:15:52

Nə qədər ki, dinc əhaliyə qarşı etnik hərbi teror törətmiş erməni tərəfi işğaldan geriyə qətiyyətlə çağırılmır, qaçqınların müdafiəsinə səslənmir zaman hələ də Azərbaycanın xeyrinə işləmir?

Pərviz 2020-10-06 11:35:15

Amin

Eldeniz 2020-10-06 10:30:06

1978-ci ilde Iranda statiistikaya gore 36 milyon ezerbaycanli yasayirdi.bu 48 ilde hec srtmad?

Nərminə Şirəliyeva 2020-10-06 08:37:51

Belə getsə nəinki dılğır və oyuncaq “DQR”, hətta Ermənistan adlı dövlətin özü tarix səhnəsindən silinəcək. Inşallah!!! Azərbaycan xalqı və ordusu bunu edəcəklər! Hökmən! Tanrım bu yolda xalqımızın yar və yardımçısı olsun! Amin!

Son yazılar