Menu

Meksikada silahlı hücum olub, ölənlər və yaralananlar var

04.10.2020, 09:49
Meksikada silahlı hücum olub, ölənlər və yaralananlar var

Meksikada silahlı insident baş verib.

“Report”un məlumatına görə, bu barədə yerli “La Razon” nəşri məlumat yayıb.

Qeyd edilir ki, Mexikoda, Askapoçalko bələdiyyəsi ərazisində bara silahlı hücum edilib. Nəticədə 6 nəfər öldürülüb, daha 6 nəfər yaralanıb.

Polis hadisə ilə əlaqədar 3 nəfəri saxlayıb. Onların silahlı basqında iştirakı güman edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol