Paşinyan dılğır oğlunu Qarabağa göndərəndə...

Seymur VERDİZADƏ

Paşinyan deyib ki, Azərbaycan əsgərinin məqsədə erməni əsgərlərini öldürməkdir. Debilliyin dərəcəsinə bax, ha! Bəs nə gözləyirdin? Yoxsa, Qubanın ağ almasından bir səbət düzəldib sənə pay gətirməliydik?

Qarabağda ölən erməni əsgərlərinin qanı Paşinyanın vicdanına yazılır. Onları ölümün girdabına Paşinyan sürükləyir. Azərbaycan Prezidenti azı yüz dəfə deyib ki, erməni əsgərləri Qarabağda ölmək istəmirlərsə, torpaqlarımızdabn rədd olub getsinlər. Paşinyan kardır? Azərbaycan Prezidentinin Azərbaycan, rus və ingilis dillərində dediyi bu sözlərdən niyə nəticə çıxarmırdı? Dılğır oğlunu Qarabağa hərbi xidmətə göndərəndə bilmirdi ki, bu günün sabahı da var? Gözünü yumub uçruma doğru irəliləyən adam kəlləmayallaq getməyə məhkumdur...

Paşinyan öz yaramaz əməllərinin cəzasını çəkir. Hər fürsətdə Azərbaycan xalqını aşağılamaq bir siyasətçiyə yaraşardımı? Adam hakimiyyətə küçədən gələndə özünü küçə uşağı kimi aparmalıdır? Dünyanın mədəni irsinə əvəzsiz incilər bəxş edən Azərbaycan xalqını öz sarsaq qohum-əqrabanla dəyişik salmamalıydın. Baba dağın ətəyində qoyun otaran azərbaycanlı çoban səndən yüz dəfə ağıllıdır. Həmin çobanın böyütdüyü oğullar bu gün ananı ağlar qoyur. Təxminən bir il əvvəl demişdin ki, azərbaycanlılar qorxaqdırlar, müharibə edə bilməzlər. 

Müharibə 8 gün əvvəl başlasa da, kimin qorxaq olduğu cəmi 8 saat sonra üzə çıxdı. Səngəri tərk etməməsi üçün bir erməni əsgərini dünən it kimi zəncirləmişdilər. Heç ölüb yerə girirsən? Ötən gün yazmışdım, telefonla danışmaqdan qulağın sac kimi enlənib. Xaricilər sənin hərəkələrini lətifəyə çevirib gülürlər. Yəqin eşitmiş olarsan, deyirlər ki, zəhlələrini o qədər tökmüsən ki, sənin üzündən Putin, Makron, Merkel telefonlarını səssizə qoyublar. Özün cəhənnəm, Baş nazir postunu urvatsız eləmə. Nə qədər gec deyil, komandirlərinə de ki, əsgərlərini də götürüb Azərbaycan torpaqlarından rədd olsunlar...

Ağlı başında olan adam Paşinyanın etdiyi hərəkəti etməz. Dünən onunla bağlı araşdırma aparanda məlum oldu ki, içki düşkünüdür, alkoqolizmdən əziyyət çəkir. Opponentlərinin iddiasına görə, gürcü şərabı Paşinyanın beynini qurudub, analitik təfəkkürdən, sağlam məntiqdən məhrum olub. Mən bunu ondan qat-qat güclü olan rəqibə diş qıcayanda sezmişdim. İndi Azərbaycan əsgəri bizə qıcadığı dişləri onun qarnına tökür...

Ötən hər gün bizi qələbəyə daha da yaxınlaşdırır. Azərbaycan əsgəri öz güclü əlləriylə düşmənin boğazından yapışıb. Azərbaycan xalqına güllə atanlar bir-bir layiq olduqları cəzanı alacaqlar. Onların hamısını dünən zəncirdə it kimi zingildəyən erməni əsgərinin aqibəti gözləyir...

635x100

Şərhlər

Xalq 2020-10-04 15:32:45

Seymur müəllim! quşu lap gözünnən vurmusuz.

Son yazılar