“İran Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır və erməni işğalının sona çatması bölgədəki sabitliyin qarantı olacaq”. Bu barədə İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi bildirib. O, İranın BMT Təhlükəsizlik Şurasının qətnamələri nəzərə alınmaqla, münaqişənin dialoq yolu ilə və beynəlxalq hüquq çərçivəsində həllinə dəstək verməyə hazır olduğunu qeyd edib.
Vaezi Tehranın Azərbaycanı qardaş və dost bir ölkə, yaxşı qonşu hesab etdiyini də vurğulayıb: “İranın Azərbaycanla bağlı mövqeyi həmişə açıq və şəffaf olaraq qalıb. Biz hər zaman Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik və tanıyırıq. İşğala son qoyulmasının bölgədə sabitliyi təmin edəcəyinə inanırıq”.
PA rəhbəri İran ərazisindən Ermənistana silah və hərbi personalın köçürülməsinə dair iddiaları əsassız adlandırıb.
“Müəyyən qüvvələr Azərbaycanla İran arasındakı yaxşı münasibətləri pozmağa çalışır”, - deyə Vaezi bildirib.


Şərhlər
Yaxsi olke olarsiz ermeniye silah sursat neft mehsullari gondermeseniz
Hörmətli cənab Muxtar Vaezi, doğma qonşumuz İran çox faydalı təklif verir, Azərbaycan 27 il BMT TŞnin uyğun təklifini gözləyib? Lakin, hərbi terrorçular və işğalçı erməni hərbçiləri işğaldan geri çəkilmirlər? Real sülh şəraiti də həmin geri çəkilmədən asılıdır və bütün dünya artıq Ermənistana müraciət etməlidir.
Fars şovinizminə inanmaq olmaz.Onlar Ermənistana Rusiyadan silah ötürülməsini təşkil edirlər.