“Ermənistan dərhal hücumlarını dayandırmalı, xaricdən gətirdiyi muzdlu hərbçiləri, terrorçuları geri göndərməlidir”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Müdafiə Nazirliyindən Ermənistana ünvanlanan xəbərdarlıqda belə bildirilib.
Bu sabah Gəncədə mülki əhaliyə hücum edilməsi ilə beynəlxalq hüququn açıq-aşkar pozulduğunu qeyd edən nazirlik Ermənistanı bu hücumlara görə qətiyyətlə pisləyib: “Uşaq, qadın, yaşlı demədən Xocalı qətliamını törədən Ermənistan 30 il öncə necədirsə, bu gün də elədir. Ermənistan regionda sülh və sabitliyin bərqərar olunmasına əngəldir”. Açıqlamada qeyd olunub ki, Ermənistanın Azərbaycanda Türkiyəyə məxsus havadan müdafiə (İHA) vasitələri və pilotsuz havadan müdafiə vasitələrindən (SİHA) istifadə olunmasına dair iddiaları həqiqətə uyğun deyil.


Şərhlər
Mən cənab prezidentimiz ali baş komandanımız olan Əliyev İlham Heydər oğlundan bir yardım xahişi etmək istəyirəm.Cənab prezident mənim Kapital Bankda olan kreditimlə bağlı borclarıma nəzər yetirərdiz .Çox xahiş edirəm.Bərdə rayon 2 saylı Hacallı kənd sakiniyəm.Kreditin faizi yüksək oldiğundan dır ya nədorsə mənim gecikmələrim çox olur və nəticədə adım qara siyahıdadır.Xahiş edirəm mənim bu işimə nəzər yetirərdiz.