Menu

"Ermənistan Mingəçevir şəhərinə raket atıb" - Hikmət Hacıyev

04.10.2020, 22:40
"Ermənistan Mingəçevir şəhərinə raket atıb" - Hikmət Hacıyev

Ermənistanın azərbaycanlı mülki şəxslərə qarşı dövlət terroru davam edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “Twitter” hesabındakı paylaşımında bildirib.

"Bir neçə dəqiqə əvvəl Ermənistan silahlı qüvvələri Azərbaycanın Mingəçevir sənaye şəhərinə qarşı raket hücumu təşkil edib. Mingəçevirdə su anbarı və əsas elektrik stansiyası mövcuddur. Çarəsizliyin barbar ifadəsi".


Şərhlər

t.ədalət 2020-10-04 23:05:39

ermənistan artıq Dağlıq Qarabağ ərazilərindən xeyli kənara çıxaraq Azərbaycanın içərilərinə doğru zərbələr endirir.Bu da Rusiyanın planıdır.Azərbaycanı atəşkəsə məcbur etmək üçün dinc əhalini və şəhərlərimizi intensiv atəşə tutur.Biz cavab tədbirləri ermənistanın içərilərinə yönəltməliyik.Yoxsa çox böyük itkilərimiz olacaq.Təəssüf ki müharibənin planını hazırlayan Rusiyaya xəbərdarlıq edilmir.Gəncə və Mingəçevir şəhərlərinə endirilən zərbələr,şübhəsiz ki Rusiyanın marağı ilə həyata keçirilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol