Menu

Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umur

05.10.2020, 01:18
Çarəsiz qalan Nikol Paşinyan ABŞ-dan kömək umur

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampdan kömək istəyib. “Report” “New York Times” nəşrinə istinadən xəbər verir ki, çarəsiz qalan Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert Obraynla telefon danışığı zamanı Türkiyənin Dağlıq Qarabağ münaqişəsindəki iştirakı barədə narahatlığını ifadə edib və bu mövzuda ABŞ prezidentindən kömək istəyib.

Robert Obrayn ona Donald Trampla telefon danışığı vəd etsə də, ABŞ prezidentinin koronavirusa yoluxmasından sonra sözügedən danışıq baş tutmayıb.

Zəng zamanı N.Paşinyan xüsusilə Türkiyəyə məxsus ABŞ istehsalı F-16-lardan münaqişə zonasında istifadə edilməsi və guya onların təyyarələrini vurması barədə uydurma iddiasını yenidən dilə gətirib.

Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi düşmənin bu iddiasını təkzib edib.

Şərhlər

Əski Şuşalı 2020-10-05 12:50:48

Azərbaycana qarşı 32 illik müharibəni öz ərazisindən də genişləndirən N.V.Paşın həyasızca geniş işğala ABŞdan dəstək də istəyir. ABŞ belə işğalçı Bağdadı bombalamaqla Küveytdən geri çəkmişdi! İrəvanı 32 ildir mühakimə edən də yoxdur, oxşar dərsi verən də? Bu çarəsizlik yox, quduzluq əlamətidir!?

Vətəndaş 2020-10-05 08:44:08

DÜŞMƏNİMİZ HİYLƏGƏR,ALÇAQ VƏ İNSANLIQDAN UZAQDIRLAR. YARANMIŞ VIZİYYƏTDƏN İSTİFADƏ EDİB TOPARLANIB ONLARI TORPAQLARIMIZDAN ÇIXARMALIYIQ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol