Menu

Sadə vətəndaşlardan ordumuza dəstək aksiyası - VİDEO

05.10.2020, 10:29
Sadə vətəndaşlardan ordumuza dəstək aksiyası -  VİDEO

Bu gün ölkəmizin hər kəsin ürəyi ordumuzla birlikdə döyünür. Sadə vətəndaşlar ordumuza dəstək olmaq üçün cəbhəyə zəruri olan müxtəlif məhsullar yola salırlar. Könüllü humanitar aksiya, demək olar ki, əksər cənub rayonlarında həyata keçirilir.

Üstünə “Qarabağ Azərbaycandır”, “Hər şey vətən üçün" kimi  şüarlar yazılmış avtomobillərin üz tutduqları istiqamət də elə Qarabağdır.

Ölkəmizin müxtəlif yerlərində olduğu kimi, Cəlilabad rayonunda da yerli sakinlər Ordumuzla həmrəy olduqlarını bu şəkildə - cəbhədə düşmənlə döyüşən əsgərlər üçün zəruri olan ləvazimatlar tədarük etməklə göstərirlər.

Doğrudur, Azərbaycan ordusunun bu kimi tibbi və ərzaq yardımına ehtiyacı yoxdur, lakin sakinlər belə könüllü aksiyalarla öz vətəndaşlıq borclarını yerinə yetirdiklərini bildirirlər.

Qeyd edək ki, ordumuza könüllü dəstək aksiyası Cəlilabadla yanaşı, digər cənub rayonlarında da həyata keçirilir.

Daha ətraflı videosüjetdə:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol