Menu

Gürcüstanda daha 578 nəfərdə koronavirus aşkarlanıb - 2 nəfər vəfat edib

05.10.2020, 11:08
Gürcüstanda daha 578 nəfərdə koronavirus aşkarlanıb - 2 nəfər vəfat edib

Gürcüstanda son sutkada koronavirusa 578 yeni yoluxma halı təsdiqlənib, 375 nəfər sağalıb, 2 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 8 696-ya, sağalanların sayı 4 619-a, xəstəlikdən ölənlərin sayı isə 52-yə çatıb.

Karantində 5 392, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır. Asimptomatik və yüngül simptomlu 1 100 xəstə isə xüsusi otellərdə müalicə alır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol