Menu

Düşmən Gəncə yaxınlığına daha 3 raket atıb - Dağıntı və tələfat barədə informasiyalar dəqiqləşdirilir

05.10.2020, 11:48
Düşmən Gəncə yaxınlığına daha 3 raket atıb - Dağıntı və tələfat barədə informasiyalar dəqiqləşdirilir

Bu gün səhər saat 11: 15 radələrində Ermənistan ordusu yenidən Azərbaycan ərazilərini raket atəşinə tutmağa başlayıb.

Yerli mənbələrdən "AzPolitika.info"-ya verilən məlumata görə, Gəncə şəhəri yaxınlığnda yerləşən Goranboy rayonunun izibatı ərazisinə daxil olan Zazalı, Dəliməmmədli qəsəbələrinin ərazisinə 3 mərmi düşüb. Dağıntı və tələfat barədə informasiyalar dəqiqləşdirilir.

Xatırladaq ki, dünən düşmən Gəncə şəhərini raketlərdən atəşə tutması nəticəsində iki dinc sakin həlak olub, 32 nəfər yaralanıb. Həmçinin Mingəçevir şəhəri, Xızı və Abşeron rayonlarının ərazilərinə də orta mənzilli raketlər düşüb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol