Menu

“ERMƏNİSTAN DÖYÜŞ MEYDANINDA ACİZ VƏZİYYƏTDƏDİR” - "Biz xain, alçaq düşmənlə üzbəüzük"

05.10.2020, 17:52
“ERMƏNİSTAN DÖYÜŞ MEYDANINDA ACİZ VƏZİYYƏTDƏDİR” - "Biz xain, alçaq düşmənlə üzbəüzük"

“Ermənistanın siyasi rəhbərliyində olan şəxslər bilavasitə məsuliyyət daşıyırlar”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədilməsilə bağlı brifinqdə çıxışı zamanı deyib.

H.Hacıyevin sözlərinə görə, onlar tərəfdə hər hansı bir legitim hərbi hədəf yoxdur: “Buradan da görünür ki, onların məqsədi nədir. Onlar tərəfindən uzaqmənzilli raketlərdən də istifadə olunur. Bu əməllər biz Ermənistanın dövlət səviyyəsində həyata keçirilən terror siyasəti kimi qiymətləndiririk”

Prezidentin köməkçisi deyib ki, Azərbaycan HHQ düşmənin atdığı raketlərin çoxunu havada məhv edir: “Ermənistanın burada əsas məqsədi cəmiyyətdə təşviş yaratmaqdır. Bu, vandalizm aktıdır. Baş verən hadisələr Ermənistanın siyasi rəhbərliyinin acizliyini və çarəsiz vəziyyətdə olduğunu göstərir”.

Prezidentin köməkçisi deyib ki, düşmənin istifadə etdiyi raketlərin çoxu köhnədir.

Onun sözlərinə görə, həmin raketlərin əksəriyyəti Ermənistanın öz ərazisindən həyata keçirilir: "Bu, Ermənistanın Azərbaycana açıq müharibəsi kimi qiymətləndirilməlidir. Bu, təcavüz və gücdən istifadə etmək haqqıdır. Bu bir daha Ermənistan rəhbərliyinin sivil və etik qaydalardan nə qədər uzaq olduğunu göstərir”.

Prezidentin köməkisi bildirib ki, Ermənistan bu gün döyüş meydanında aciz vəziyyətdədir.

Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərin törədildiyini deyib: “Dünən hər bir vətəndaşımız qürur hissi ilə Ali Baş Komandanın müraciətini izləyib. Biz xain, alçaq düşmənlə üzbəüzük. Bu gün hər bir vətəndaşımız möhkəmdir”.

Onun sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti səfərbərdir: “Biz haqq yolunda fəaliyyətimizi davam etdiririk. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan özünün haqq işini davam etdirir. Silahlı Qüvvələrimiz hər bir məqamda onların layiqli cavablarını verirlər. Qarabağ bizimdir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol