Bu gün Rusiyanın hökumət təyyarəsi Ermənistana uçuş edib.
APA-nın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan bildirib ki, təyyarə ilə gələn Rusiya hökumət nümayəndələrinin səfərinin məqsədi Avrasiya İqtisadi İttifaqının (Aİİ) oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına hazırlıqdır.
Lakin diplomatik mənbələrdən məlum olub ki, Ermənistana səfər edənlər arasında Rusiyanın baş naziri Mixail Mişustin də var.
M. Mişustunin hansı məqsədlə nümayəndə heyətinin tərkibində İrəvana indi səfər etməsinin səbəbləri məlum deyil. O, Aİİ-nin oktyabrın 9-da Ermənistanda keçiriləcək iclasına gəlməli idi.
Müharibə getdiyi bir dövrdə bu səfər bir çox sual doğurur.


Şərhlər
Məgər, CЭВ və SSRİni erməni mafiyası buraxdırmadı? Bu Başın da soyadını ruslaşdırıblar ki, mafiya liderliyi ələ alsın!
Mişustin Paşinyanın bacıoğlusudur.Qarışıq ermənidir.Qarışıqlar yaman olur...
bəs kalantaryan hanı? 3 erməni Qarabağı "müzakirə" edərdiniz da.
Unutmayın ki, O Rusiyadır. O üzdə nə qədər özünü təmkinli aparsa xisləti onu arxada planlar yapmağa məcbur edir. Amma ne edir etsin artıq ox yaydan çıxıb. Unutmasın ki, diş durmasa bu müharibə regonal müharibəyə çevrilər və bu alaov he də Rusiyanın özündən belə yan keçməz. Əks halda bəzi NATO ölkələri də gəlib oturacaq Qafqazda.
Anası göndərib