APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANI... - Düşmən texnikasını məhv etməkdə davam edir + FOTO
Baxiş sayı:
Dərc olunub:
05/10/2020 - 23:20
2016-cı ilin Aprel döyüşlərində 6 tank məhv edərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülən gizir Tahir Misirxanov düşmən texnikasını bu gün də məhv etməkdə davam edir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatında igidliklə vuruşan gizir T.Misirxanov şəxsi rəşadət göstərərək bugünədək düşmənin daha 11 zirehli texnikasını sıradan çıxarıb.
Azərbaycan Ordusunun qələbələrində payı olan, ümumilikdə 17 düşmən texnikasını məhv edən igid döyüşçümüz bundan qürur duyduğunu və ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə sonadək döyüşəcəyini fəxrlə deyir.
Şərhlər
Xalqımızın qəhrəman oğlu ilə fəxr edirik və belə igid oğlanlarımızı Ulu Tanrı qorusun ! Qələbə bizimlədir. İnşallah !
Xalqımız Sənin kimi igid oğulları ilə fəxr edir. Tahir, oğul, Səni bağrıma basıram. Eşq olsun Sizlərə.
Eline ve qoluna saqliq,Aslan Igidlermiz!!!Allah qorusun Ordumuzu!!!!!