Menu

Cəbhə boyu əməliyyat və hərbi üstünlüyümüz davam edir - Müdafiə Nazirliyi

06.10.2020, 00:22
Cəbhə boyu əməliyyat və hərbi üstünlüyümüz davam edir - Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı hazırda bütün cəbhə boyu əməliyyat və hərbi üstünlüyün ordumuzun tərəfində olduğunu bildirib.

Müdafiə Nazirliyi xəbər verir ki, V.Dərgahlı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Ordumuzun guya 200 nəfərdən artıq canlı qüvvə itirməsi barədə yaydığı məlumatın yalan olduğunu, heç bir əsası olmadığını vurğulayıb. V.Dərgahlı qeyd edib ki, bu, növbəti dezinformasiyadır.

"Bildiririk ki, Ermənistan ordusu döyüşlərdə canlı qüvvə və hərbi texnika baxımından ağır itkilər verərək geri çəkilməyə məcbur edilir. İşğal altında olan torpaqlarımız azad olunur. Bu, danılmaz bir faktdır.

Hazırda bütün cəbhə boyu, o cümlədən cəbhənin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyümüz davam edir. Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır", - deyə V.Dərgahlı vurğulayıb.

Şərhlər

OQTAY 2020-10-06 08:56:30

Bu haqli davamizda,Ordumuzu Allah qorusun.Ermeni ve onlari himaye edenlere nehlet olsun, koku kesillecek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol