Menu

Qırğızıstanda seçkilərin nəticələri ləğv oluna bilər – Prezident müxalifətə müraciət etdi

06.10.2020, 11:13
Qırğızıstanda seçkilərin nəticələri ləğv oluna bilər – Prezident müxalifətə müraciət etdi

Qırğızıstan Prezidenti Soronbay Jeyenbekov oktyabrın 6-da opponentlərini iğtişaşları dayandırmağa çağırıb. Vebsaytına yerləşdirilmiş bəyanatda Jeyenbekov deyib ki, təhlükəsizlik qüvvələrinə atəş açmamaq əmri verib, parlament seçkisinin nəticəsini ləğv etməyə hazır olduğunu bildirib.

“Mərkəzi Seçki Komissiyasına qanun pozuntularını hərtərəfli araşdırmağı, gərəkərsə, seçkinin nəticələrini ləğv etməyi tövsiyə etmişəm”, – Jeyenbekov vurğulayıb.

O, hökumət, televiziya və təhlükəsizlik binalarınıələ keçirən qəzəbli etirazçıların hakimiyyəti qanunsuz zəbt etməyəçalışdığını bəyan edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol