Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
"Report" xəbər verir ki, qanuna təklif olunan dəyişikliklə “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880 – 2020) yubiley medalı” təsis olunacaq.
Digər bir dəyişikliklə isə “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012 – 2022) yubiley medalı” təsis ediləcək.
Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra III oxunuşda qəbul edilib


Şərhlər
TƏKLİF EDİRƏM Kİ, İŞĞALDAN AZAD OLUNAN RAYONLARIMIZIN ADI YAZILMAQLA HƏR DÖYÜŞÇÜMÜZƏ MEDAL VERİLSİN. QƏLƏBƏ MEDALI DA DAXİL OLMAQLA. ORDUMUZ QƏLƏBƏ İLƏ EVİNƏ DÖNƏNDƏ SİNƏLƏRİNDƏ İGİDLİKLƏRİNƏ GÖRƏ ORDEN MEDALLARLA TƏLTİF OLUNSUNLAR. MEDALLAR BİR BAŞ CƏBHƏDƏ TƏLTİF EDİLSİN.