Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev hadisə yerində jurnalistlərə aşçıqlama verib.
APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, nazir müavini bildirib ki, yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib.
E.Mirzəyev deyib ki, yanğın təxminən 350 kv.m. sahəni əhatə edib. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır.
APA-nın məlumatına görə, FHN xilasediciləri yanğın nəticəsində dünyasını dəyişən şəxsin meyitinin çıxarılması üçün tədbirlər görürlər.
**** 22.14
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın söndürülüb.
Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
* * *
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər.
Əlavə məlumat veriləcək.


![Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın - 1 ölü, 5 yaralı [Yenilənib]](https://static.azpolitika.info/storage/news/5fb7e9448417bce91d7d6eb512f03718/1f6d6a17-1f50-435b-88af-19760d5b2da7_740.jpg)
Şərhlər