Menu

"Makronun sözləri ədəbsizlikdir" - Ərdoğan

06.10.2020, 16:48
"Makronun sözləri ədəbsizlikdir" - Ərdoğan

“Bu gün bir çox Qərb ölkəsində irqçilik və islamofobiya birbaşa dövlət tərəfindən himayə edilir”. Bunu “Məscidlər və din xadimləri həftəsi” tədbirində çıxışı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Müsəlmanlara hücum etmək avropalı siyasətçilərin uğursuzluqlarını pərdələmək üçün istifadə etdikləri ən önəmli vasitələrindən biridir”, - o bildirib.

Ölkə başçısı həmçinin Fransa prezidenti Emmanuel Makronun İslam barədə son açıqlamasını da şərh edib:“Makronun müslmanların sıx yaşadığı bir şəhərdə “İslam böhrandadır” deməsi yalnız hörmətsizlik deyil, eyni zamanda təxribatdır. Belə sözləri işlətmək ədəbsizlikdir”.

Şərhlər

Xalq 2020-10-06 18:05:53

RƏCƏB BƏY! KİŞİ ADAMSINIZ! SİZİ DƏSTƏKLƏYİRİK!

Türk 2020-10-06 16:49:19

YAŞASIN TÜRKİYƏ,YAŞASIN ƏRDOĞAN-TÜRK MİLLƏTLƏRİNİN LİDERİ!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol