Menu

"Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarlar ordumuza yardım edib

06.10.2020, 17:04
"Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarlar ordumuza yardım edib

Sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, eləcə də mülki obyektləri, dinc əhalini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmasına cavab olaraq əks-həmlə əməliyyatlarına başlayan ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal olunmuş torpaqlarımızın bir qismini azad edib və etməkdədir. Qəhrəman zabit və əsgərlərimiz düşmənin hərbi texnikası və canlı qüvvəsini məhv etməkdədir.

Xalqımız Ali Baş Komandan İlham Əliyevin və ordumuzun yanında olduğunu nümayiş etdirir. Ordumuza dəstək olmaq məqsədilə ölkədə geniş miqysda həyata keçirilən kampaniyalar da bunun təzahürüdür.

"Sədərək" Firmasının rəhbərliyi və Ticarət Mərkəzində çalışan sahibkarlar da bu kampaniyadan kənarda qalmayıb. "Sədərək" Ticarət Mərkəzində çalışan sahibkarların hər biri ayrı-ayrılıqda Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürürlər. Köçürülən vəsaitin çekləri Ticarət Mərkəzin rəhbərliyinə təqsim olunur.

Qeyd edək ki, "Sədərək" Firmasının rəhbərliyi də Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürməklə yanaşı, vaxtaşırı cəbhə bölgəsindəki əsgərlərimizə yardımlar göndərir.

"Sədərək" Firmasının rəhbərliyi və ticarət mərkəzində çalışan sahibkarlar sarsllmaz ordumuzun ən qısa zamanda Qarabağı işğaldan tam azad edəcəyinə inanırlar.

Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!

Şərhlər

Seymur qarabag elili 2020-10-08 06:31:35

Eşq olsun sederek rehberliyine mende sederekde işleyirem ,qarabag elili olduguma göre menden yer pulu almirlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol