ABŞ məhkəməsi İran İslam Respublikasının (İİR) ərazisində itən bir FTB agentinə görə 1,45 milyard dollar təzminata məhkum edib.
Musavat.com xaric agentliklərə istinadla xəbər verir ki, bu barədə “The Telegraph” qəzetində məlumat yayılıb.
Verilən informasiyaya əsasən, həmin agent Mərkəzi Kəşfiyyat İdarəsinin İranın Kiş adasında məxfi tapşırıqlarını icra edən zaman İİR xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.
Qeyd olunur ki, 58 yaşlı Robert Levinson 2007-ci ilin mart ayında Kiş adasında yoxa çıxıb. İndi onun 72 yaşı var. Onun İran həbsxanasında öldüyü güman edilir.
ABŞ Dairə məhkəməsinin hakimi Timoti Kelli İranı həmin kəşfiyyatçının ailəsinə 107 milyon, ümumilikdə isə 1,3 milyard dollar təzminat ödəməyə məhkum edib.


Şərhlər