Menu

Təqaüdündən 180 manat əsgərlərə göndərən Hikmət baba - FOTOLAR

07.10.2020, 12:32
Təqaüdündən 180 manat əsgərlərə göndərən Hikmət baba - FOTOLAR

ƏƏSMN əməkdaşları ordumuz üçün öz təqaüdündən 180 manat köçürən Hikmət babaya baş çəkiblər.

Trend-in məlumatına görə, ötən gün Şəkidə yaşayan Hikmət Musayevin ordumuz üçün öz təqaüdündən 180 manat köçürməsi ilə bağlı məlumat sosial şəbəkələrdə müzakirələrə səbəb olmuşdu.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Şəkiyə gedərək H.Musayevi tapıblar.

H.Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. Hikmət baba deyib ki, əsgərlərə canım qurban:

"O pulu onun üçün ödədim ki, balalarımız düşmən əsarətinə düşməsin. Ordumuza bacardığım qədər dəstək olum. Özüm də bu dəqiqə cəbhəyə getməyə hazıram".

Şərhlər

X 2020-10-07 14:29:37

Nurlu baxisina xeyirxah ureyine qurban gozel babamiz Allah OMUR versin qelebemizin sevincin yasiyasan

OQTAY 2020-10-07 12:39:05

Allah,min qat evezini verecek!!!Esl VETEN xeyir-xah TURKE-e,esq olsun!!!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol