Menu

Keçmiş icra başçısı daha 3 ay həbsdə qalacaq – Məhkəmə qərar verdi

07.10.2020, 12:35
Keçmiş icra başçısı daha 3 ay həbsdə qalacaq – Məhkəmə qərar verdi

Yevlax şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Qoca Səmədov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Oktyabrın 6-da Q.Səmədovla bağlı bu təqdimata Səbail rayon Məhkəməsində baxılıb. Məhkəmənin qərarına əsasən, onun həbs müddəti 3 ay uzadılıb.

Q. Səmədov vəzifə səlahiyyətlərini aşma, rüşvət və başqa cinayətlərdə ittiham edilir. Ondan və vəkilindən bu ittihama, hələlik, ayrılıqda münasibət almaq mümkün olmayıb.

Q.Səmədov 2011-ci il fevralın 18-də Yevlax şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Ötən il oktyabrın 31-də isə həmin vəzifədən azad edilib. O, 2019-cu il dekabrın 19-da həbs edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol