Menu

Operativ Qərargah koronavirusla mübarizə tədbirlərini müzakirə edib

07.10.2020, 18:05
Operativ Qərargah koronavirusla mübarizə tədbirlərini müzakirə edib

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun sədrliyi ilə Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə mübarizəni gücləndirmək və karantin rejiminə daha ciddi əməl olunması üçün tədbirlərə həsr olunmuş geniş müşavirəsi keçirilib.

Müharibə şəraitində ölkədə koronavirusla mübarizənin vəziyyəti və görüləcək tədbirlər müzakirə olunub.
Baş Nazir Əli Əsədov qeyd edib ki, koronavirusla mübarizədə qazanılmış nailiyyətləri qoruyub saxlamaq və bütün resursları cəbhəyə yönəltmək üçün karantin rejiminin qaydalarına nəzarəti gücləndirmək lazımdır.

Baş Nazir bildirib ki, xüsusilə iş yerlərində, ictimai nəqliyyatda, ticarət mərkəzlərində və təhsil müəssisələrində qaydalara əməl edilməsinə daha ciddi nəzarət edilməlidir.
Müşavirə iştirakçıları karantin rejiminin tələblərinə daha ciddi əməl olunması üçün tədbirləri gücləndirəcəklərini bildiriblər.

Müşavirədə bütün qurumlara koronavirusla mübarizənin gücləndirilməsi üçün müvafiq göstərişlər verilib.
Müşavirədən sonra Baş Nazir Əli Əsədov məsələ ilə bağlı vətəndaşlara müraciət edib.

Şərhlər

Şəkidən 2020-10-07 20:27:23

Hörmətli Əli müəllim, Koranavirusdan xilas olmaq üçün birinci növbədə Şəkidə yaranmış acınacaqlı ,antisanitariya vəziyyətində mal satışının qarşısını almaq lazımdır. Şəki-Bazar ASC-i tərəfindən kənd təsərrüfatı məhsulları satılan satış yerlərini ləğv edərək,yerində kiçik ticarət köşkləri düzətdirərək kommersantlara bir yeri 5-7 min manat alaraq icarəyə veriblər . Kənd camaatı gətirdikləri məhsulları satmaq üçün yer tapa bilmədiklərinə görə Bazarın qabaq hissəsində,maşın yolunun kənarında torpaq üstünə tökərək satışını həyata keçiririlər... Olduqca acınacaqlı vəziyyətdir, nəyinki koranavirus, antisanitariya hökm sürür, İH -i tərəfindən isə göz yumulur...??? Hal-hazırda işlək vəziyyətində olan Bazarda antisanitariya hökm sürür, ayaq yolunun yanında süd məhsulları, və digər k/t məhsulları satılır.... Küçə ticarətinin qarşısını almaq üçün , Bazrdan 50 metr aralıda özəl Bazar yaradılıb, sahəsi 2-3 ha dır. Deyilənə görə həmin Bazarı işləməyə icazə vermirlər, səbəbi bilinmir, ancaq Şəkidə acınacaqlı,dözülməz,antisanitariya vəziyyətində məhsylların satışı həyata keçirilir, aidiyyatı qurumların rəhbərləri tərəfindən göz yumulur , xüsusilə Qida məhsulları Agentliyi..... Hörmətli Azpolitika müxbirinizi Şəkiyə ezam edin, öz göləri ilə bu acınacaqlı vəziyyəti görsün ???

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol