Menu

“Şanlı Ordumuz “donmuş münaqişə” anlayışını “əridir”” – Deputat Sadiq Qurbanov

08.10.2020, 00:28
“Şanlı Ordumuz “donmuş münaqişə” anlayışını “əridir”” – Deputat Sadiq Qurbanov

“Ermənistan silahlı quvvələri Avropanın enerji təhlükəsizliyində xüsusi əhəmiyyətə malik Azərbaycanın neft-qaz infrastrukturunu hədəfə almaqla, bu sahədə bütün maraqlı ölkələrə və şirkətlərə hörmətsizlik edir”.

Bunları Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Ermənistan silahlı qüvvələrinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinə raketlə zərbə endirmək cəhdinə münasibət bildirərkən deyib.

Xatırladaq ki, düşmən ordusu Yevlax rayonu ərazisindən keçən BTC neft kəmərinə raketlə zərbə endirməyə cəhd edib. Raketin Azərbaycan silahlı qüvvələri tərəfindən havada zərərsizləşdirilməsi nəticəsində kəmərə zərər dəyməyib.

Deputat qeyd edir ki, Azərbaycanın neft və qaz kəmərlərinə ciddi təhlükənin yarandığı iyul ayında Tovuz rayonu istiqamətində hərbi qarşıdurma zamanı özünü göstərmişdi. “Artıq dünya qəbul edir ki, Azərbaycan torpaqları uzunmüddətli işğal altında qalarsa, beynəlxalq neft və qaz boru kəmərləri daima təhlükə altında qalacaq. Ona görə də beynəlxalq hüququn subyektləri artıq dərk edirlər ki, bu infrastrukturun təhlükəsizliyini təmin edən əsas faktor ordumuzdur. Azərbaycanın Milli Ordusu tərəfindən Qarabağın işğaldan azad edilməsi, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası, cənubi Qafqazda sülh və əmin-amanlığın bu regionda yaşayan xalqlara xoşbəxtlik gətirməsi, digər yandan isə beynəlxalq hüququn pozulmuş prinsiplərinin bərpasına öz töhfəsini verəcəkdir. Şanlı ordumuzun zəfəri qlobal miqyasda “donmuş münaqişə” anlayışını da “əridərək”, uzun müddət belə problemlərdən əziyyət çəkən xalqlara ümid çırağı olacaqdır”.

Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün apardığı hərbi əməliyyatlara beynəlxalq reaksiyalara toxunan deputat deyib: “Prezident İlham Əliyev bu münaqişənin həll olunması üçün uzun illər strategiya və taktika müəyyənləşdirib. Məhz onun bu uzaqgörən siyasətinin nəticəsində Azərbaycana qarşı olan mənfi münasibətlər hazırda əks istiqamətə yönəlib”.

“AzPolitika”

Şərhlər

B.Qarabağlı 2020-10-08 09:42:59

Şanlı ordumuzun sərhədlərini Anronik və Artsax işğalları ucsuz-bucaqsız ediblər. Hər iki işğal Azərbaycana azı yüz illik zərər vurub? Naxçıvan-Azərbaycan arası zolağın qaytarılması hər iki respublikanın Cənuba və Şimala inkişaf yollarını açar, azərbaycan və erməni xalqını siyasi-hərbi əsarətdən çıxarardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol