Menu

Lukaşenko Avrasiya İttifaqı haqqında müqaviləni ratifikasiya etdi

10.10.2014, 09:15
Lukaşenko Avrasiya İttifaqı haqqında müqaviləni ratifikasiya etdi

Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulması haqqında müqaviləni ratifikasiya edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bundan əvvəl qeyd olunan müqavilə Belarus parlamenti tərəfindən ratifikasiya olunub.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı haqqında müqavilənin 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minməsi gözlənilir. Müqavilə Rusiya, Belarus və Qazaxıstan prezidentləri tərəfindən 2014-cü ilin mayın 29-da Astanada imzalanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol