Menu

Minskdə MDB sammiti başlanır

10.10.2014, 09:49
Minskdə MDB sammiti başlanır

Oktyabrın 10-da Belarusun paytaxtı Minskdə Müstəqil Dövlət Birliyinin (MDB) sammiti başlanır.

Rusiya prezidenti Vladimir Putin sammitə qatılacaq. Ukrayna isə may ayında MDB-dən çıxdığını elan etdiyinə görə, prezident Petro Poroshenko görüşdə iştirak etməyəcək.

Rusiyanın martda Krımı anneksiya edib, eləcə də Ukraynanın şərqində münaqişəni alovlandırmaqda, separatçıları dəstəkləməkdə ittiham olunur.

Azərbaycan prezidenti İlham Əliyev MDB sammitində iştirak üçün oktyabrın 9-da Minskə gedib. Bu barədə AzərTAc xəbər yayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol