DÜNYA VİCDANINI İTİRİB!

Mirzə AĞ

30 ilə yaxındır ki, dünyanın imperialist dövlətlərinin yaxından iştirakı ilə Ermənistan adlı faşist dövlət Azərbaycan ərazisinin 20 faizini işğal edib və ötən müddət ərzində yenə həmin “fahişə dövlətlər”in sayəsində ərazilərimizdə möhkəmlənib. İndi internetdə bölgənin xəritəsinə ötəri bir nəzər salmaq kifayətdir ki, bu faşistlərin bizlərə necə dağ çəkdiyinin şahidi olasan - tarixi yer adlarımızın hamısı xəritələrdə «it dilində» (erməni dilində) göstərilib.

Bütün bunları görməzliyə vuran ATƏT həmsədrləri isə ötən müddət ərzində bizi atəşkəsə (səbr etməyə) və göründüyü kimi, mənasız danışıqlara səsləyib, pərdə arxasında işğalçıya «işini gör» ismarışları göndərib. Buna əmin olmaq üçün işğal tarixinə nəzər salmaq kiayət edər - atəşkəs nə vaxt elan olunub?

Əlbəttə ki, ermənilər Qarabağın işğalını başa çatdırandan sonra, müharibə getdiyi müddətdə isə “fahişə dövlətlər” işğalçı Ermənistanı silahlandırmaqla, beynəlxalq arenada ona hər cür dəstək veməklə məşğul olublar. Bu fonda 25 ildən artq bir dövr ərzində imitasia edilən danışıqlar görünyü kimi, heç bir nəticə verməyib, əksinə, dünyanın vicdansızlğı üzündən ruhlanan qəsbkarlar bizi yeni-yeni ərazilər işğal edəcəyi ilə hədələyib…

Məlum olduğu kimi, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqisəsi hələ 27 il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında müzakirə predmeti olub və qurum münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. O da məlumdur ki, yenə həmin “fahişə dövlətlər”in səyləri sayəsində TŞ-nın qətnamələri sadəcə, kağız parçası olaraq qalıb. Beləliklə, ötən dövr ərzində işğalçı Ermənistan beynəlxaq qanunlara sayğısızlıq göstərib, beynəlxaq təşkilatların qərar və qətnamələrini görməzliyə vurub…

Nəhayət, səbri tükənmiş Azərbaycan işğal olunmuş ərazilərini müharibə yolu ilə azad etməyə girişən kimi, bu dövlətlər hərəkətə keçib, bir ağızdan «dayandırın!» bağırmağa başlayıblar. İndiki halda bu bağırtı «erməniyə toxunmayın» anlamına gəlir! İş o yerə çatıb ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi də heç fərqinə varmadan «qeyd-şərtsiz dayandırın!» donquldanmağa başlayıb - sanki kör it Aya hürürmüş! Bütün bunları göz önünə gətirdikcə, elə təsəvvür yaranır ki, SƏRSƏM DÜNYA OLAN-QALAN VİCDANINI DA İTİRİB…

Rusiyanın sintez etdiyi bir təşkilat var - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Ermənistan da onun üzvüdür. O da məlumdur ki, ərazilərimizin 20 faizi həmin təşkilatın gözləri qarşısında işğal edilib. Təşkilata üzv olan dövlətlərin hamısı (Ermənistandan başqa) işğal olunmuş əraziləri Azərbaycanın bir hissəsi kimi tanıyıb. Bu isə onu göstərir ki, Ermənistanın işğalçı tərəf olduğu həmin üzv dövlətlər tərəfindən dolayısı ilə etiraf olunub. Belə bir vəziyyətdə, indi KTMT-nın rəhbərliyi təşkilatın Ermənistan qarşısındakı öhdəliklərindən dəm vurmağa başlayıb - guya ki, Azərbaycan hücum edərsə, təşkilat Ermənistanı müdafiə etməlidir. Bəs, Ermənistan Azəbayana hücum edəndə bu təşkilat nə üçün susurdu? Məsuliyyətdən yaxasını kənara çəkməyə çalışan KTMT-nın Baş katibi Stanislav Zas görün nə deyir: «Rəsmi Bakının Ermənistana ərazi iddiası yoxdur. Azərbaycan Ermənistana zərbə endirməyəcək». Daha absurdun buynuzu olmaz ki!

Sual ounur - bəs, Ermənistan Azərbaycana zərbə endirə bilərmi? Axı, müharibə Azəbaycan ərazilərində gedir, dağıntılar və ölümlər bizim ərazilərdə baş verir. Bəs, indiki halda Azərbaycan kimə zərbə endirməlidir - Zimbabveyə?!

Bütün bəhanələr tükəndiyi üçün “fahişə dövlətlər” indi də «arabanın yeddinci təkərindən» dəm vurmağa başlayıblar. Məsələn, elə həmin KTMT növbəti absurda imza atmaqla, özünü daha da biabırçı duruma gətirib - iddia edir ki, guya Qarabağda döyüşmək üçün Azəbaycan Suriyadan muzdlu döyüşçülər gətirir və s. Həmsədr dövlətlər də səs-səsə verib, eyni cəfəngiyatı səsləndirirlər…

Soruşmaq ayıb olmasın, sizə nə var? Ermənistan dünyanın ən müxtəlif guşələrindən başkəsən terrorçuları toplayb, Azərbaycan torpaqlarını qəsb edəndə, niyə dinmirdiniz?

Yeri gəlmişkən, onlardan birinin (Amerikadan gəlmiş Melkonyanın) başını Azəbaycanda İbad Hüseynov kəsib, Ermənistan isə onu qəhrəman elan edib, heykəlini qoyub. İndi növbə Azərbaycanındır - istəyər muzdlunu Suriyadan gətirər, istər Şotlandiyadan!

Yayılan son məlumatlara görə, Azərbaycanın son hərbi uğurlarından təşvişə düşən ATƏT Minsk Qrupunun həmsədr dövlətləri fövqəladə canfəşanlıq nümayiş etdirərək, Azərbaycan Xarici İşlər nazirini danışıq üçün təcili surətdə Cenevrəyə dəvət ediblər. Xəbərə görə, görüşün yeri və vaxtı gizli saxlanır. 

Görünür, 27 illik danışıqlar həmsədrlər üçün məqsədə yetməyə kifayət etməyib. Amma əbəsdir, Azərbaycan daha 27 il gözləmək fikrində deyil və gərəkdir ki, bu görüşdə ATƏT-ə «gediniz, tullanınız - sonuncu erməni torpaqlarımızdan çıxardın, sonra görüşərik!» komandası versin - verər inşallah!

635x100

Şərhlər

MRP 2020-10-11 22:34:15

Olanı itirərlər.(olmayanı necə itirəsən)

xAXa 2020-10-10 12:03:10

Haystan bu münaqişədən yalnız qazanır! Azərbaycan isə 32 yox, elə 27 il itirdiklərinni yüz ilə bərpa edə bilməyəcək?

Amin 2020-10-09 17:51:52

YAŞASIN AZƏRBAYCAN ORDUSU,YAŞASIN PREZİDENTİMİZ,YAŞASIN AZƏRBAYCAN.

B.Qarabağlı 2020-10-09 08:40:14

Biz necə çalışırıq? Hanı Ermənistandan MİLİSlə və Geniş Qarabadan HƏRBİ GENOSİDLƏ qovulmuş milyonların HAQQ SƏSləri? 10%nə Bakıda ev verməklə işğalçıları arxayınlaşdırmışıq? AŞPAya əsr öncəyə uydurma soy qırım çıxarırlar!? Bizim deputatlar BMTTŞ DQMV qətnaməsinin icrasını belə qaldırmır? Hələ bir YEKƏXANA QALİB kimi BÜTÜN DÜNYA Cəmiyyətlərinə müraciətlər edirlər? Tarixin ən vəhşi hərbi Qarabağ genosidi hələ də nə İnsan Haqları Məhkəməsinə, nə də Beynəlxalq Hərbi Tribunala çıxarılmayıb?

Xalq 2020-10-09 00:35:06

torpaqlar azad olmayıbsa bu danışıqlar ancaq ermənistana xeyirdir. Bunun adına xristian həmrəyliyi deyərlər. Açıq aydın qanunsuzluqdur bu. Biz buna qarşıyıq və bu ədalətsizliyə qəti etiraz edirik! .

Son yazılar