Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.
Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.


Şərhlər
Deyesen xoruzun quyruqu gerunmeye baslayir
müharibə zonasında meyitlərin yığışdırılmasına 1 və ya 2 saat vaxt verilir, günlərlə atəşkəs olmur ki!
Hiyləgər Putinin sözü ilə müharibəni dayandırmaq olmaz. 2-cisi biz hücum edriksə düşmən qaçırsa bizim onlar tərəfdə şəhidlərimizin cəsədi olmalı deyil. Ona görə də dayanmalı deyilik. 1 gün dayansa döyüş getdi yenə 27 il dayanacağıq