Menu

Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib - 6 tank ələ keçirilib

09.10.2020, 09:55
Düşmənin xeyli sayda hərbi texnikası məhv edilib - 6 tank ələ keçirilib

Dünən gün ərzində və ötən gecə ümumilikdə düşmənin 13 ədəd T-72 tankı, 2 ədəd PDM-i, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 2 ədəd 2S3 “Akasiya” özüyeriyən artilleriya qurğusu, 3 ədəd D-30 haubitsa topu, 2 ədəd radar sistemi və xeyli sayda avtomobil texnikası dəqiq atəşlə məhv edilib və sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, cəbhənin istiqamətlərindən birində həyata keçirilən əməliyyat nəticəsində Ermənistan silahlı qüvvələrinin 49-cu tank briqadasına məxsus 6 ədəd T-72 tankı tam işlək vəziyyətdə ələ keçirilib.

Şərhlər

Xalq 2020-10-09 11:10:53

məncə daha tank müasir döyüşdə lazımsız silaha çevrilib. Silah indi müasir dronlardır. Bu rus tankları ancaq metalloma yarayır. Dron olan yerdə tank nə qələt eləyə bilər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol