Menu

“Bu torpaqları Azərbaycana qaytarmadan sülh mümkün deyil” – Tomas de Vaal

09.10.2020, 14:38
“Bu torpaqları Azərbaycana qaytarmadan sülh mümkün deyil” – Tomas de Vaal

“Avropalılar Azərbaycanın əsas şikayəti ilə bağlı ona daha ucadan dəstək verdiklərini səsləndirməlidirlər: o faktı ki, iyirmi ildən çoxdur, erməni qüvvələri Qarabağı deyil, eləcə də Azərbaycanın yeddi rayonunu tamamilə və ya qismən işğal altında saxlayırlar. Həmin rayonlar Azərbaycanın normal inzibati əraziləri olsa da, bədbəxtlikdən, ermənilər tərəfindən bir növ strateji bufer zonasına çevrilib”.

“AzPolitika.info” xəbər verir ki, bu sözləri “Karnegi” Fondunun eksperti Tomas de Vaal deyib.

Ekspert qeyd edib ki, son bir neçə gündə bəzi hissələri geri alınan bu rayonlarda yarım milyondan çox insan yaşayıb və onlar Azərbaycanın de-yure ərazisinin 8 faizindən çoxunu təşkil edir.

“1992-1993-cü illərdə bu bölgələri ələ keçirəndə barışıq sazişi çərçivəsində geri qaytarmaq niyyətini bildirən erməni tərəfi o vaxtdan bəri onları əbədi saxlamaq niyyətində olduğu barədə daha güclü siqnallar verib. Həmin ərazilərə "azad edilmiş" torpaqlar deyilir, onlara erməni adları verilir və 17 minə yaxın erməni köçkün orada məskunlaşıb”-deyə T. Vaal vurğulayıb.

Ekspert qeyd edib ki, bu vəziyyət qəbuledilməzdir və Ermənistanı faktiki olaraq yeni zorakılığın müştərək sponsoruna çevirir: “Bu torpaqlar əvvəllər orada yaşayan yüz minlərlə azərbaycanlıya qaytarılmadan münaqişənin sülh yolu ilə həlli mümkün deyil”.

AzPolitika.info

Şərhlər

Agasef Qedirov 2020-10-10 09:15:05

Heqiqeti deyir

Fatime 2020-10-09 15:31:16

Butun dunya bilir cunki rusiya imkan vermir cunki bizi tesirde saxlamaq ucun ona gore rusla elaqeni kesmeliyik

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol