"MÜDAXİLƏ OLARSA, TÜRKİYƏ QARABAĞA QOŞUN GÖNDƏRƏCƏK!" - Ankaradan mühüm açıqlama

Türkiyə Böyük Millət Məclisi Qarabağ konflikti fonunda Azərbaycana Türkiyə hərbçilərinin göndərilməsi məsələsinə baxa bilər, amma buna hələlik ehtiyac yoxdur.“AzPolitika.info” Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Mustafa Şəntop deyib.

“Türk hərbçilərinin cəlbi təklifi üçüncü tərəflər BMT qətnamələrinə əməl etməyərək, bu konfliktə cəlb edilməyənə qədər önəmli olmayacaq. Münaqişəyə digər dövlətlər müdaxilə etsə, Türkiyə Dağlıq Qarabağa qoşun göndərəcək, – deyə o bildirib.

M.Şentop hələ belə bir ehtiyac olmadığını vurğulayıb: “Son bir neçə gündə Azərbaycan Silahlı Qüvvələri qələbəni təkbaşına əldə etməyə qadir olduqlarını bütün dünyaya göstərdi”.

635x100

Şərhlər

Cabbar 2020-10-11 09:16:24

Müdaxilənin ölçüsü olur? Rusiya sülh danışıqlarına dəvət edir,digər yandan isə Ermənistana silah göndərir.Bundan artıq müdaxilə olar?

Şamil 2020-10-10 23:34:21

Allah Can

Vətəndaş 2020-10-10 10:29:43

Vaxtı gəldi çatdı göndərilsin! Atəşkəsə yox!

Xalq 2020-10-09 20:46:46

TƏŞƏKKÜRLƏR QARDAŞ TÜRKİYƏMİZ! ÇOX SAĞ OL!

Türk 2020-10-09 19:34:45

YAŞASIN TÜRKİYƏ,YAŞASIN AZƏRBAYCAN!

Son yazılar