Ölənlərin əksəriyyəti Diyarbəkir vilayətinin sakinləridir
Türkiyədə ötən gecə də etiraz aksiyalarında silah səsləri səngimək bilməyib.
Suriyanın Kobani şəhərinə İŞİD hücumlarına etiraz məqsədilə keçirilən aksiyalarda iğtişaşlar zamanı ölənlərin sayı, ən son məlumatlara görə, 35-ə çatıb. Bu barədə Türkiyənin Cümhuriyyət qəzeti yazıb.
Qəzetin məlumatına görə, onlardan 2-si polis əməkdaşıdır.
Ölənlərin əksəriyyəti Diyarbəkir, Mardin və Siirt vilayətlərinin sakinləridir. Adana, Van, Batman və Bingöl vilayətlərində də aksiyalarda ölüm faktı qeydə alınıb.


Şərhlər