Menu

"MOSKVA RAZILAŞMASI AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR!" - "Müharibə bitməmiş əsirlər dəyişdirilməz"

10.10.2020, 22:01
"MOSKVA RAZILAŞMASI AZƏRBAYCANIN MARAQLARINA ZİDDİR!" - "Müharibə bitməmiş əsirlər dəyişdirilməz"

"Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb"

Politoloq Elxan Şahinoğlu Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin dünən gecə Moskvada 10 saatlıq müzakirələrdən sonra imzaladığı razılaşmanı şərh edib.

Xatırladaq ki, imza atılan birgə bəyanat 4 bənddən ibarətdir:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;

4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Elxan Şahinoğlu deyir ki, birinci bənd istisna olmaqla digər 3 bəndin yerinə yetirilməsi mümkün deyil və indiki şərtlər altında bizim maraqlara ziddir.

Politoloq bildirib ki, birinci bəndin özündə dəəsirlərin dəəyişdirilməsiylə bağlı fikir qüsurludur: "Biz hərbçilərimizə atəş açan erməni hərbçiləri azad edək ki, onlar geri qayıdıb yenidən bizə atəş açsınlar, şəhərlərimizi bombalasınlar? Əsirlərin dəyişdirilməsi ümumi məsələ həll olunduqdan, yəni müharibə bitdikdən sonra mümkündür. Bu bütün müharibələr üçün keçərlidir. Müharibələr bitməmiş əsirlər dəyişdirilməz".

E. Şahinoğlunun sözlərinə görə, bəyanatda Azərbaycanın işğal altındakı 7 rayonundan söhbət açılmır: "Bu yoxdursa, bəyanatın digər 3 bəndi bizim üçün keçərli deyil. Prezident İlham Əliyevin dediyi kimi Ermənistan qoşunları Azərbaycan ərazilərini tərk etməyənə qədər danışıqlar mümkün deyil. Prezident açıq deyib ki, Ermənistan hakimiyyəti Azərbaycana qoşunların çıxarılması qrafikini təqdim etməlidir. İrəvan belə bir qrafik hazırlamayıb. Digər tərəfdən biz danışıqlarda regional dövlət kimi mütləq Türkiyənin iştirakını istəyiriksə, bəyanatda “danışıqlar formatının dəyişilməzliyini” bəndini qəbul edə bilmərik. Məgər ermənipərəst Fransanın vasitəçiliyini rədd etmədikmi?"

Politoloq vurğulayıb ki, bu bir bəyanatdır, hüququ qüvvəsi yoxdur, kimsə bizi bu bəndləri yerinə yetirməyə məcbur edə bilməz. Ona görə irəli getmək lazımdır.

AzPolitika.info

Şərhlər

Tural 2020-10-11 22:40:50

Ermeniler deyir ki. Turk mali alan ermeni deyil...qurduqlar rus puaları ile bizi vururlar.amma biz hele de rus dilini sevirik...rus millertine simpatyamiz var...

vuqar 2020-10-11 22:27:35

O senedin hec bir huquqi quvvesi yoxdu narahat olmayin MILLET o sened huquqi quvveye o zaman minecekki PREZIDENTLER seviyyesinde tesdiqlenecek!

lala metin 2020-10-11 18:33:26

...Mən döyüşlər başlayanda yazmışdəm Putinin barmaq silkələməsi ya da Şoyqunun zəngi ilə hər şey bitəcək kaş yanilmış olaydım amma olmadım Minsk qrupu 30 ildə nə edib ki indi də etsin gəlib yeyib içib gedəcəklər .... Hanı Tükriyənin masada yeri Tam fiasko

Vətəndaş 2020-10-11 13:42:18

Ruslar deyidilər ki "нада их посадить за стол и заставить остоновить войну" Ceyhunu oturtdular günahkar uşaqlar kimi orada, o da onların dediyini imzaladı.

Sədi 2020-10-11 13:32:27

Bu sazişi deməsə də Türkiyə də yəqin ki özünə qarşı bir ,hörmətsizlik kimi qəbul edib.. heç düz iş görmədiniz!

Cəmşid Dərələyəzli 2020-10-11 11:36:08

Ermənistan bununla müharibənin trayektoriyasını böyüdüb, birincisi Azərbaycanın da bundan istifadfə edib Ermənistanın şəhərlərini bonbalanmasını istəyir ki, dünyaya şivən salsınlar ki, Azərbaycanın amacı Qarabağ deyil. İkincisi də bununla Azərbacanı əsas hədəfdən yayındarsın. Qəti buna getmək olmaz. Azərbaycan ilk növbədə öz hədəfinə Qarabağda çatmalıdır. Onsuz da erməni başını itirib. Odur ki də hara gəldi atır. İnşallah biz bu gedişlə Bayrağımızı sonda Laçını qurtarıb, Gorusun qıyına asacağıq. Lütfən millət olaraq təmkinimizi və coşqumuzu əldən verməyək. Hər kəs bu şərəf tarixini yazmaqda Ölkə Başçmısının yanında olsun. Bu gün Ali Baş Komandanın bu yöndə qətiyyəti, İradəsi, və əzmi bu tarixin yazılmasında öz sözünü deyir.

Faiq 2020-10-11 01:15:20

Atəşkəs qorxaqlıqdır, yolverilməzdir....

Ramiz 2020-10-11 01:15:12

Fransa isteyir Turkiyeni fikirini Araliq denizinden neft yataqlarindan ayirsin onlari ruslarla vurusdursun. Herdefe bele olub. Butun muharibelerin fransa teskil edir ozu qiraqda qalib. Saman sltindan suburaxir.

Vətəndaş 2020-10-11 01:10:43

Erməni Lavrovun çağrışına getmək lazım deyildir. Erməni ermənini qoyub bizim xeyrimizə nə isə etməyəcək ki....

Analitik 2020-10-11 00:18:13

30 iLe yaxindir ki, bu Rusiya naxaL "oyunLari"ndan eL çekmir... Biz ise heLe yuksek "internasionaLLiq"La fexr eLeyirik!.. Ona qaLsa, "5 rayon" sohbeti çoxdan var idi... Sanki, KeLenteryan dede-babasinin maLuni bize qaytarir!..

musa 2020-10-11 00:03:25

yəqin ki ermənilərin silah arsenalının yenilənməsini gözləməyəcəyik rusiya qoşunlarına yox dedikdan sonra ruslar öz planını işə salacaqlar . qəti imkan vermək olmaz .

Ciddi sehvlere SON !!! 2020-10-10 23:36:40

NIYE, Moskvada bir masa arxasinda 2 ermeni milletinden olan nazirler ile 1 nefer Azerbaycanli nazir gorushur 11 saat muddetinde ????? Azerbaycan XIN terefinden, NIYE, Turkiye XIN bashchisi cenab Chavushoqlunun, Moskva gorushunde ISHTIRAKI, TELEB OLUNMAYIB Lavrovdan ?????? XULASE, CHOX TEHLUKELI, anti - Azerbaycan texribatlarini torede biler Kalantaryan (Lavrov ).................

Xalq 2020-10-10 23:07:10

əgər bu razılaşma Azərbaycan maraqlarına ziddirsə niyə o razılaşmaya imza atılıb?

Amon 2020-10-10 22:40:33

Ateskes niye oldu axi.....ceyhun bayramov memmedyarov kimi ne danisir basa dusmek olmur birileri aciqlama versin torpagimiz qayidir yoxsa minsk qrupu dovriyeye girecek

Nazim 2020-10-10 17:37:18

bawqa yolumuz yoxdur, ireli! Ramiz Mehdiyevi tecili hebs edib var dovletini orduya serf etmek lazimdir! werhi verin hormetli azpolitika

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol