"HƏRBİ ƏMƏLİYYATLAR BƏRPA OLUNA BİLƏR..." - “Atəşkəsin müddəti göstərilməyib"

“Ermənistan tərəfindən hər hansı ciddi addımlar atılmasa, hərbi əməliyyatlar bərpa oluna bilər”. Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, bu gün saat 12:00-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan tərəfi yenə buna əməl etməyiblər: “Hazırda da hərbi əməliyyatlar davam edir”.

Ceyhun Bayramov bildirib ki, Ermənistan tərəfdən muzdlu döyüşçülərin Azərbaycana qarşı müharibədə iştirakı ilə bağlı çoxsaylı faktlar mövcuddur.

Ceyhun Bayramov qeyd edib ki, Ermənistan son 1 ildə rədd etdiyi prinsipləri üzərinə götürdü: “Bizim döyüş meydanında əldə etdiyimiz qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bənddə özünü əks etdirib”.

“Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sorna dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”, - nazir vurğulayıb.

C. Bayramov deyib ki, Ermənistan diaspor üzvləri bununla bağlı bir sıra ölkələrdə fəaldırlar: “Diaspor təşkilatlarının rəhbərləri bəzən erməni mənşəli, bəzən də erməni mənşəli olmayan şəxslər üçün toplanış məntəqələrinin olduğunu elan edirlər. Artıq məsələ o qədər açıq səviyyəyə çatıb ki, Ermənistan Prezidenti “Əl-Cəzirə” telekanalına müsahibəsində bunu etiraf edir, xarici ölkələrdən gələnlərin müraciət edərək döyüşdüyünü bildirir. Bizdə PKK terror təşkilatının üzvlərinin də döyüş əməliyyatlarına cəlb olunduğu barədə məlumatlar və faktlar var”.

Nazir bildirib ki, status-kvo dəyişməli idi, bunun üçün Ermənistana təzyiqlər edilmirdi: 

Nazir qeyd edib ki, Moskva görüşündən əvvəl Cenevrədə Minsk Qrupunun həmsədrləri ilə görüşü olub: “Status-kvo dəyişməli idi və bunun üçün Ermənistana təzyiqlər edilmirdi. Həmsədrlərlə danışıqlarda aydın oldu ki, onlar da bunu başa düşür. Bu, Ermənistan üçün də zəruridir. Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur. 10 gün ərzində həyata keçirilən əməliyyatlar bir sıra istiqamətlərdə prosesin sürətlə irəli aparılması üçün zəmin yaradır”.

Xarici İşlər naziri qeyd edib ki, qarşımızda böyük məqsəd və hədəflər var: “Buna nail olmaq üçün bütün imkanlarımızdan istifadə edərək sistemli şəkildə addımlar atmalıyıq”.

“Dünən BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatı Nazirlər Konfransının bəyanatı qəbul edilib” -deyə, Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, bəyanatda Ermənistanın təxribatı qınanıb, üzv dövlətlər tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənib: “Bu, işğalçıya bir mesajdır”.

“Onların döymədiyi qapılar qalmayıb. Danışıqlar prosesi zamanı Ermənistan tərəfinin nəzərinə çatdırıldı ki, onların beynəlxalq hüquqdan danışmağa haqqı yoxdur”- deyə,  Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, baza prinsiplərinin tərkib hissəsi mərhələlərlə işğalçı qüvvələrin ərazilərimizdən çıxarılmasını özündə ehtiva edir: “Ermənistan ağır zərbələr alıb”.

Xarici İşlər naziri qeyd edib ki, Ermənistan zər zaman müxtəlif ölkələrdən terrorçuları döyüşlərə cəlb edib: “Birinci Qarabağ müharibəsində də Ermənistan terrorçulardan istifadə edib. Bunlardan diri Livandan gəlib Ermənistan tərəfində döyüşmüş və Azərbaycan Ordusu tərəfindən öldürülmüş Monte Melkonyan idi. Hazırda o, Ermənistanın Milli Qəhrəmanıdır. O, Ermənistana gəlməmişdən əvvəl Fransada terror aktı törətmişdi. Bu, bir daha onu sübut edir, Ermənistan hər zaman belə qanunsuz addımlara əl atıb. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin düşüncə tərzidir”.

Ceyhun Bayramov müvəqqəti atəşkəsin hansı müddəti əhatə edəcəyinin məlum olmadığını bildirib: “Moskva bəyanatının üçüncü bəndində baza prinsiplərinin əksini tapması, əslində, işğal olunmuş qoşunların çıxarılması cədvəlini də nəzərdə tutur”.

Nazir bunu bu gün  Moskvada keçirilən danışıqlarda Azərbaycana qarantiya verilib-verilməməsi barədə sualı cavablandırarkən bildirib.

Bu cədvəlin imzalanan sənəddə yer almadığını söyləyən C. Bayramov deyib ki, müvəqqəti atəşkəsin müddəti də sənəddə əksini tapmayıb: “Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.

XİN başçısı deyib ki, humanitar atəşkəsin müddəti göstərilməyib: “Humanitar atəşkəsin müddəti barədə məlumat yoxdur. Sənəddə müddət göstərilməyib”.

Onun sözlərinə görə, əməliyyatı Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən həyata keçiriləcək: “Həlak olmuş hərbçilərin meyitlərinin götürülməsi, əsirlərin dəyişdirilməsinin müddətinin nə zaman çəkəcəyi bəlli deyil. Bununla bağlı BQXK məlumat verə bilər”.

635x100

Şərhlər

Gəncəli 2020-10-10 20:34:07

Paşinyan yavaş-yavaş yalayırdı.Bizimkilər yenə dayandı...Allah bizə köməy olsun

Şahnaz 2020-10-10 20:33:05

Atəşkəs müddəti göstərilməyən,Ermənistan ordusunun Qarabağdan çıxarılması qrafiki təqdim edilmədən bəs bizim XİN-nin başçısı bu qərara hansı ağılla imza edib?

ceyhun 2020-10-10 18:57:32

malades ey "profisən" sən. İndi də qırmızı xaçla gizlənpaç oynayarsan!

Millətçi 2020-10-10 18:46:30

"Münaqişə həllini tapmadıqca Ermənistanın inkişaf perspektivləri yoxdur". Düşmənin "inkişaf perspektivləri" qayğısınıdamı çəkirik?!!

Vətəndaş 2020-10-10 18:30:06

Orada sən nə öhdəliklərn götürdüyünü və düşmənin öhdəliklərini punktlarla verin mətbuata görək bu nə işdir. Tampmacalar artıq bizi bezdirib

Mübariz 2020-10-10 18:10:18

Niyə müddət və qrafikin təqdim edilməsini tələb etməmiş sevincək imza etmisən?Niyə OBSE-nin həmsədrlərinin (əsasən Fransanın) dəyişməsi məsələsini qarşıya qoymamısan?Niyə Erməni qoşunlarınn Qarabağdan çıxarılması məsələsini qaldırmamısan* Niyə yarımçıq.tarixsiz sənədə imza atmısan?

Son yazılar