Menu

Ermənistan atəşkəsi saymır - Düşmən Füzuli və Goranboyu da raket atəşinə tutdu - Fotolar

10.10.2020, 19:42
Ermənistan atəşkəsi saymır - Düşmən Füzuli və Goranboyu da raket atəşinə tutdu - Fotolar

Ermənistan ordusunun Azərbaycana qarşı raket hücumu davam edir. Düşmən bu dəfə Füzuli və Goranboy rayonlarının kəndlərini hədəf alıb.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter səhifəsində yazıb.

H.Hacıyev atılan raketlərin fotolarını paylaşaraq bildirib ki, onlar Füzulidə əkin sahəsinə düşüb. Düşmən Goranboya qarşı da eyni təxribatı törədib. Raketlərin atıldığı ərazilər Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən mühasirəyə alınıb.







Şərhlər

Xalq 2020-10-10 20:10:54

gedin atəşkəs imzalayın, onda "yaxşı" olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol