“UZUNMÜDDƏTLİ ATƏŞKƏS MÜMKÜN DEYİL" – “Mətnin altında da kimsənin imzası yoxdur"

"Uzunmüddətli atəşkəsin baş tutacağı mümkün görünmür, humanitar ola bilər, beynəlxalq hüquqda bu nəzərdə tutulub. Çünki onu mümkünsüz edən sistem amilləri var".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri deputat Erkin Qədirli bildirib.

Millət vəkili qeyd edib ki, Moskva razılaşması ilə Bişkek anlaşmasını müqayisə etmək yersizdir: "Ordumuz həm şimaldan, həm də cənubdan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQVM) ərazisinə girib. Üstəlik, Murovu götürüb. Şəraitin belə kəskin dəyişməsi istənilən atəşkəsin ömrünü qısa edəcək. Ermənilər bizi keçmiş DQMV-nin ərazisindən çıxarmağa, ordumuz isə onun içinə daha dərinə getməyə çalışacaq".

Erkin Qədirli vurğulayıb ki, Moskvada 10 saatlıq görüşdən sonra belə yüngül, dəfələrlə işlədilmiş sözlərdən ibarət bir mətn çıxıbsa, deməli əsas məsələləri razılaşdıra bilməyiblər: "Həmin mətnin altında da kimsənin imzası yoxdur".

AzPolitika.info

635x100

Şərhlər

Çingiz Qəribli 2020-10-13 17:00:13

Dayanmaq olmaz.Yalnız irəli.Allah Ordumuzu qorusun!

Zakir 2020-10-13 13:41:00

Erkin muellim ne qeder gec deyil Ilqardan uzaq durun. Onun movgeyini xalq desteklemir. Siz ona lazimsiniz o Size yox

Seyid Ənhu 2020-10-10 23:25:29

ZAMAN İTİRMƏDƏN QALDIĞIMIZ YERDƏN XÜSUSİ BİR ŞİDDƏTLƏ HÜCUMA KEÇMƏLİYİK. BU HƏM DƏ ŞƏRƏF VƏ HEEYSİYYƏT UĞRUNDA GEDƏN DÖYÜŞDÜR..UNUTMAYAQ Kİ, BİZ TƏHQİR OLUNMUŞUQ.

Seyid Ənhu 2020-10-10 23:25:28

ZAMAN İTİRMƏDƏN QALDIĞIMIZ YERDƏN XÜSUSİ BİR ŞİDDƏTLƏ HÜCUMA KEÇMƏLİYİK. BU HƏM DƏ ŞƏRƏF VƏ HEEYSİYYƏT UĞRUNDA GEDƏN DÖYÜŞDÜR..UNUTMAYAQ Kİ, BİZ TƏHQİR OLUNMUŞUQ.

Amon 2020-10-10 23:19:01

Qardas bu humanitar sazis deyil dusmeni guclendirmek ucundu bunu prezident de dedi ki biz niye dayanmaliyiq dayanaq dusmen guclensin?

Xalq 2020-10-10 23:11:07

əgər mətnin altında imza yoxdursa necə bu razılaşma hüququ qüvvəyə minib?

Bahruz 2020-10-10 21:44:11

Yaxşı ki obyektiv və fərqli mövqe eşitdik.

Vətəndaş 2020-10-10 21:03:46

xalq müharibə istəyir!

Son yazılar