Menu

Azərbaycan Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib

10.10.2020, 22:42
Azərbaycan Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib

Azərbaycan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşməsinə razılıq verməyib. Day.Az xəbər verir ki, bu barədə özünün Twitter səhifəsində "Heritage Foundation" Beynəlxalq Siyasət mərkəzinin rəhbəri Lük Koffi yazıb.

Onun sözlərinə görə, belə bir təkliflə Moskva görüşü zamanı Ermənistan tərəfi çıxış edib. Bu zaman Rusiya təklifi dəstəkləyib. Lakin Azərbaycan ona razılıq verməyib. Azərbaycan tərəfi bildirib ki, ATƏT-in həmsədr ölkələrindən (Rusiya, ABŞ və Fransa) heç biri, heç vaxt Dağlıq Qarabağda sülhməramlı rolunda olmamalıdır.

Şərhlər

Xalx 2020-10-11 07:59:01

Rusiya öz başına əlac qıla bilmir, milləti acından ölür, ölkə sökülüb dağılır... Amma «курносый» burnunu hara gəldi soxur.

Ömer 2020-10-11 01:55:37

Aynen

t.ədalət 2020-10-10 23:22:11

Rusiyanın "sülhməramlısaı" erməni məramlı olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol