Menu

41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb - Baş Prokurorluq

11.10.2020, 13:27
41 mülki şəxs qətlə yetirilib, 205 nəfər yaralanıb - Baş Prokurorluq

Baş Prokurorluq 27 sentyabr 2020-ci il tarixindən 11 oktyabr 2020-ci il tarixinədək Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində 41 mülki şəxs qətlə yetirilib, 205 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 146, çoxmənzilli yaşayış binalarının sayı 57, yaşayış evlərinin sayı isə 1 165-dir.

Şərhlər

Xalq 2020-10-11 13:56:04

XİN naziri atəşkəs müqaviləsinə qol çəkibsə o bu qədər ölümə və dağıntıya səbəb olub. Əsas günahkar odur cavab versin ki, niyə qol çəkib atəşkəsə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol