Menu

“Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir” - İlham Əliyev

11.10.2020, 15:30
“Ermənistanın pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir” -  İlham Əliyev

“Əlbəttə, Minsk qrupunun həmsədri kimi Rusiya ATƏT tərəfindən üç ölkəyə verilmiş hüquq və səlahiyyətlərə malikdir. Lakin sözsüz ki, Rusiya bizim qonşumuz kimi, həm Azərbaycanla, həm də Ermənistanla ortaq tarixə malik olan bir ölkə kimi, əlbəttə, xüsusi rol oynayır”.

Bu sözləri oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibəsi zamanı deyib:

“Şübhəsiz, bu rol xalqlarımızın tarixinə və qarşılıqlı əlaqələrinə, həmçinin Rusiyanın dünyada və əlbəttə, bizim regionda sanbalına və roluna əsaslanır. Buna görə, əlbəttə, münaqişənin nizamlanmasına təsir göstərmək üçün Rusiyanın imkanları bu obyektiv səbəblərə görə hər hansı başqa ölkənin imkanları ilə müqayisəyəgəlməz dərəcədə çoxdur.

Buna görə biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir.

Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı.

Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin.

Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun.

Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır.

Bu həll isə çox sadədir - onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq”.

Şərhlər

Gülşən 2020-10-12 11:32:06

Görünən odur ki humanitar atəşkəs ermənilərə lazım deyil,onlar öz meyillərini istəmirlər,həqiqətən atəşkəs istəsəydilər dünən Gəncə hadisəsi olmazdı, Atəşkəs yalnız onların havadarlarınına lazımdır ki Qarabğ məsələsi həll olunmasın.

Gülşən 2020-10-12 11:32:06

Görünən odur ki humanitar atəşkəs ermənilərə lazım deyil,onlar öz meyillərini istəmirlər,həqiqətən atəşkəs istəsəydilər dünən Gəncə hadisəsi olmazdı, Atəşkəs yalnız onların havadarlarınına lazımdır ki Qarabğ məsələsi həll olunmasın.

Leyla 2020-10-11 20:09:33

Atəşkəs ermənilər üçün sadece vaxt qazanmaq üçündü .danışıqların heç bir anlamı yoxdu.dayanmaq düzgün deyildi.ancaq irəli hücum.basqa yolla alınmır onlar danışıq başa düşmeyen qanmaz unsurdurler.biz rus və ermənilərdən nə gözləyə bilərik.Erdogan demiş kendi gobeyimizi kəndimiz kesmesek bir şey əldə edə bilmərik

Xalx 2020-10-11 17:45:21

Rusiya Qarabağ probleminin tənzimləməsi prosesindən uzaqlaşdırılmalı( və ya neytrallaşdırılmalıdır).

Konul 2020-10-11 17:27:44

ermənilərin tarix boyu eledikleri azdi?1918 ci ilde elediklerini unutduq yanashi yashadiq,Birde xatirlatdilar! yene unutsaq birde tekrarlanacaq

t.ədalət 2020-10-11 16:36:41

Cənab prezidentsağ olun!Bizim başımıza nə müsibət gəlirsə,Rusiya tərəfindən törədilirLənətə gəlmiş Rusiyaya Azərbaycan qədər xeyri olan ölkə yoxdur.Ancaq nankor elə nankor olaraq qalır.

OQTAY 2020-10-11 16:05:37

ermenide,rusda o sovet silahlari ile geberecek!!!Eqer Sovet silahi gucluyduse,sovet niye daqildi?Sovet silahni,tekce Nikaragua cox goturur,mesede heyvan ovlamaq ucun..,

Eldar 2020-10-11 15:37:52

Erməniyə pulsuz silah verən bir dövlətin təhriki ilə 27 ildən sonra başlanan bi müharibəni dayandırmağına dəyərdimi? Ölərdik şəhid olardıq buna son qoyardıq Bunun üçün tarixi şərait də yetişmişdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol