Ağ Evin rəsmi saytında ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb. “Report” xəbər verir ki, petisiyada Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunması qeyd edilib.
Vurğulanır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmir. Bununla yanaşı, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Xızıda, Gəncədə, Bərdədə, Tərtərdə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb və 205 nəfər yaralanıb. Petisiyada Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılır.
Petisiyanı dəstəkləmək üçün göstərilən linkə (https://petitions.whitehouse.gov/petition/sanction-republic-armenia-engaging-war-crimes-against-civilians-republic-azerbaijan?fbclid=IwAR01EQE4d3eeJJFfnZMW3hIkNGvCwHxCJ3OtZJX0mmSxyIXc-x49OU4R4m4) daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və SİGN NOW düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.


Şərhlər
Karabagh is Azerbaijan!!!!!
ermenilerin soros dayisi omrunun son gunlerinde dunyani gatishdirir o hec ne itirmir
Azərbaycan və Tüüriyə türklərinə qarşı daim təhdid, təxribat çağırışları və cinayətlərinə BMT üzvlüyündən çıxarılması tələbi ilə PETİSİYA keçirmək gərəkdi?
Dinc əhaliyə qarşı aqresiya törətdiklərinə və beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozdiqlarına görə sanksiyalar tətbiq edilməlidirar
Qarabag Azərbaycandir!!!
Qarabağ Azərbaycandır!
Aliyeva
Ermeniler terrorist ve qatildirler! Qarabag Azerbaycandor
Ermeniler terrorist ve qatildirler! Qarabag Azerbaycandor
Gence
Ermenistan terrorcu dovletidi
Aliyeva
Kazakhstan
Abdullayev
internet və yutub yoxdursa necə səs verək?